Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:13

Azərbaycanın daha iki bankının reytinqi ‘mənfi’yə endirildi


Pasha bank
Pasha bank

«Fitch» beynəlxalq reytinq agentliyi «Accessbank» ASC-nin kredit reytinqini BB+, «PASHA Bank»-ın kredit reytinqini isə BB- səviyyəsində təsdiq edib.

«Turan»-ın xəbərinə görə, hər iki bankın reytinq üzrə proqnozu isə «neqativ» olaraq təsdiq edilib.

«Fitch» həmçinin «Accessbank»ın dayanıqlılıq reytinqinin «bb-»dən «b+»a endirib.

Agentlik «Accessbank»ın uzunmüddətli emitentin defolt reytinqinin "BB+" və "dəstək" reytinqinin "3" səviyyəsində təsdiq edilməsini, əsasən bankın beynəlxalq maliyyə institutları olan səhmdarlarından maliyyə yardımı almaq ehtimalları ilə əlaqələndirib.

Buna da bax: Mərkəzi Bank valyuta qıtlığını şərh etmir

Bankın dayanıqlılıq reytinqinin "bb-"dan "b+"a endirilməsi 2015-ci ildə baş verən manatın devalvasiyası nəticəsində "Accessbank"ın aktivlərinin keyfiyyətinin önəmli dərəcədə pisləşməsi ilə izah edilir.

Agentlik "PASHA Bank"ın emitentin defolt və dəstək reytinqinin Azərbaycan hökumətinin ehtiyac olduqda banka dəstək verməsi ilə getdikcə möhkəmləndiyini bildirir.

"Fitch" bu mənada "PASHA Bank"ın sistem əhəmiyyətli bank olduğunu, törəmə qurumu - "Kapital Bank" ASC ilə bu sektordakı depozit portfelinin 15 faizinə sahibləndiyini bildirir. Habelə, Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması fonunda maliyyə vəziyyətinin yaxşılaşdığını, hökumətlə sıx əlaqələri səbəbindən ən azı yaxın perspektivdə ona dəstək verdiyini qeyd edir.

Buna da bax: 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

Fitch qeyd edir ki, bankın dayanıqlılıq reytinqi möhkəm kapitallaşma, kifayət qədər likvidlik və iqtisadiyyatdakı yavaşıma fonunda pisləşən aktivlərin müvəffəqiyyətlə idarə olunmasına əsaslanıb.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG