Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Azərbaycan 2 nəhəng layihəyə qoşuldu - bunun nə faydası olacaq? [video]


İran-Azərbaycan-Rusiya nəqliyyat dəhlizi Azərbaycana nə vəd edir?
Gözlə

No media source currently available

0:00 0:16:00 0:00

İran-Azərbaycan-Rusiya nəqliyyat dəhlizi Azərbaycana nə vəd edir? [A-Live]

Bakı-Tbilisi-Qars beynəlxalq dəmiryolu xəttinin istifadəyə verilməsindən sonra, Tehranda, Azərbaycanın da qoşulduğu başqa bir beynəlxalq layihə gündəmə gəlib – "Şimal-Cənub" nəqliyyat dəhlizi.

Nəqliyyat nazirliyinin saytındakı məlumatda deyilir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan, Oman, İran, Xəzər hövzəsi ölkələri, Rusiya, Baltikyanı dövlətlər, daha sonra Şimali və Qərbi Avropa və əksinə istiqamətdə magistral nəqliyyat kommunikasiyalarını əhatə edir:

Buna da bax: Tehranda prezidentlərin zirvə görüşü keçirilib [video]

"Dəhlizin yaradılmasında əsas məqsəd həm də daşımalarda vaxt qısaltmaq, xərci azaltmaqdır".

Buna da bax: Bakı-Tbilisi-Qars işə düşdü

Noyabrın 1-də prezident İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putinlə Tehranda üçtərəfli zirvə görüşü keçiriblər.

İlham Əliyev deyib ki, bu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Rusiya prezidenti də deyib ki, çox mühüm “Şimal-Cənub” dəhlizi artıq sınaq rejimində işləyir.

Buna da bax:

3 prezident görüşür
Gözlə
Embed

No media source currently available

0:00 0:02:26 0:00

Bəs, layihə Azərbaycan və başqa ölkələr üçün hansı imkanlar yaradır?

“Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi təhlilçi Elxan Şahinoğlu deyir ki, bu layihənin siyasi önəmi böyükdür, Azərbaycan bölgənin iki böyük dövlətinin qatıldığı layihədə iştirak edir.

Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]

Bəs, Qərb dövlətlərinin Rusiya və İranla, xüsusilə də ABŞ-ın İranla gərgin münasibətlərini nəzərə alanda, bu layihə Azərbaycan üçün nə vəd edir?

Elxan Şahinoğlu deyir ki, bu, ticarət layihəsidir və Azərbaycanı gücləndirməyə kömək edir. Təhlilçi düşünür ki, belə layihələr Ermənistanı təcrid etsə də onların Qarabağ münaqişəsinə təsiri ehtimalı yoxdur:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Bu layihənin təsiri birbaşa olmayacaq. Çünki Bakı-Tbilisi-Ceyhan layihəsinin də münaqişəyə birbaşa müsbət təsiri olmadı. Amma Azərbaycan güclənir, Ermənistan isə təcrid olunur".

Bu layihənin iqtisadi baxımdan səmərəsi nə olacaq?

Azərbaycanın növbəti beynəlxalq layihədə fəaliyyəti genişlənir. Hindistanı Avropa ilə birləşdirən "Şimal-Cənub" nəqliyyat dəhlizindən danışırıq.

Buna da bax: Erdoğan: ‘Sən yalnız deyilsən, qardaş...’

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Tehranda görüşən Azərbaycan, Rusiya və İran prezidentləri əməkdaşlığa yaşıl işıq yandırıblar, artıq kommersiya sazişinin üzərində iş başlayacağını gözləmək olar. Onun sözlərinə görə, İran tərəfdə əsas görüləsi iş Rəştdən Astaraya qədər yolun bərpasıdır və bunun üçün Azərbaycan tərəfi 500 milyon dollar investisiya yatırmağa razılaşıb. İlham Şaban deyir ki, Azərbaycan tərəfinin də görəcəyi işlər var, çünki Bakı-Astara yolu hələ bu daşıma üçün hazır deyil:

İlham Şaban
İlham Şaban

"Bakı Astara yolunda sürət aşağıdır. Orda dəmiryolunun vəziyyətinə baxın. Necə ki Azərbaycan Qərb istiqamətində investisiya qoydu, şpallara qədər dəyişdi, cənub istiqamətində də bunu etməlidir. Üstəlik, Rusiya istiqamətində bütün yolları beynəlxalq standartlara uyğundurmu?! Xeyr. Gərək hər bir şey müzakirə olunsun".

Bu beynəlxalq layihələrin post neft dövrü üçün önəmli olduğunu düşünənlər də var.

Bəs Bakı sakinləri neftdən sonrakı Azərbaycanı necə təsəvvür edirlər?

Neftdən sonrakı Azərbaycanı necə təsəvvür edirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Müxalif ReAl Hərəkatından Natiq Cəfərli isə deyir ki, Azərbaycanın ərazisi böyük olmadığından quru yolu tranzit daşımalardan neft kimi böyük vəsaitlərin gəlməsini gözləməyə dəyməz, üstəlik, layihənin mənfəətli olması üçün 20-25 il gözləmək lazım gələcək.

Buna da bax: Bakı-Tbilisi-Qars - əvvəlcə yük, sonra...

Noyabrın 30-da Azərbaycan Türkiyə və Gürcüstanla birgə Bakı-Tbilisi-Qars layihəsinə start verib. Şimal-Cənun kimi bu layihənin də əsas hissəsini Azərbaycan maliyyələşdirib, Rəsmi Bakı Gürcüstanın burda iştirakını təmin etmək üçün bu ölkəyə ümumi 775 mln. dollar olan iki imtiyazlı kredit ayırıb. Tənqidçilər hər iki layihənin iqtisadi əhəmiyyətindən daha çox siyasi əhəmiyyətinin olduğunu deyirlər. Hakimiyyət rəsmiləri isə beynəlxalq layihələrin həm də mənfəətlə işləyəcəyini bildirirlər.

Buna da bax:

Bakı- Tbilisi- Qars dəmiryolu Azərbaycana nə verəcək?
Gözlə

No media source currently available

0:00 0:12:17 0:00

XS
SM
MD
LG