Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:04

30 il yaşadıqları mənzildən çıxarılan ailə


Bakıda müharibə xarabalıqlarını xatırladan yataqxana
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Bakıda müharibə xarabalıqlarını xatırladan yataqxana (Video arxiv)

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakini Aydın Mustafayev deyir ki, onu və ailə üzvlərini 30 ildir yaşadıqları evdən çıxarırlar. Özü də heç bir kompensasiya ödəmədən, yaşamağa başqa yer vermədən.

A.Mustafayevin sözlərinə görə, o, 1990-cı ildən həyat yoldaşı və iki övladı ilə birlikdə Tağıyev qəsəbəsi, K.Kərimov küçəsi, barak 12, mənzil 3 ünvanında yaşayır. 30 il öncə Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin səlahiyyətli şəxsinin razılığıyla həmin mənzilə köçüblər. Deyir ki, ötən 29 il boyunca dəfələrlə onların həmin mənzildə yaşayıb-yaşamadıqlarını yoxlayıblar. Ancaq heç vaxt evi boşaltmaqdan söhbət getməyib: «Bu barədə nəsə deyilsəydi, əlbəttə, ailəmin yaşayış yeriylə təmin olunmaq üçün hansısa addım atardım».

«Heç olmasa, başqa mənzillə təmin etsinlər»

A.Mustafayev onu da bildirir ki, uzun illər yaşadıqları bina taxta konstruksiyalıdır, yararsız vəziyyətdədir. Məcbur olub, binanı öz hesabına təmir elətdirib, çətinliklə də olsa, orada yaşayır: «Buradan çıxarırlarsa, heç olmasa, başqa yaşayış evi ilə təmin etsinlər».

Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi ailənin mənzildən çıxarılmasından ötrü məhkəmədə iddia qaldırıb. İddia ərizəsində Mustafayevlərin evdən çıxarılmasıyla yanaşı, ailənin başqa yerdə yerləşdirilməsi tələbi də qoyulub. Ancaq məhkəmə iddianın yalnız A.Mustafayev və yaxınlarının mənzildən çıxarılma bölümünü təmin edib. Onların başqa mənzilə yerləşdirilməsinə gəlincə, qərarda yazılıb ki, ailənin başqa ünvanda yerləşdirilməsi məhkəmənin səlahiyyətinə aid məsələ deyil. Ona görə də bu hissədə iddia təmin oluna bilməz.

«O binaların istismar müddəti başa çatıb»

Mənzil İstismar Hissəsinin nümayəndəsi Hafiz Abıyev deyir ki, Tağıyev qəsəbəsindəki hərbi şəhərcikdə yerləşən yataqxanalar, xidməti mənzillər (Mustafayevlərin yaşadığı bina da daxil-red.) taxta materiallarından inşa olunub. Vaxtilə qaçqın və məcburi köçkünlər həmin xidməti mənzillərdə məskunlaşıblar. Ancaq başqa - Müdafiə Nazirliyi ilə bağlantısı olmayan ailələr də uzun illərdir o evlərdə yaşayırlar. H.Abiyev iddia edir ki, onlardan dəfələrlə xidməti mənzilləri təhvil vermələri istənilib: «O binaların istismar müddəti başa çatıb, qəzalı vəziyyətdədir. Orada yaşayanlar üçün də təhlükə mənbəyidir».

Ali Məhkəməyə üz tutacaqlar

Mustafayevlər ailəsinə gəlincə, H.Abiyev bildirib ki, A.Mustafayev və ailəsinin də Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur, amma illərdir xidməti mənzildə yaşayırlar.

Sumqayıt şəhər Məhkəməsi onların mənzildən çıxarılmaları haqda qərar verəndən sonra A.Mustafayev yuxarı instansiyaya apellyasiya şikayəti verib. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi də onun əleyhinə qərar verib. İndi A.Mustafayev Ali Məhkəməyə şikayət etmək niyyətindədir.

XS
SM
MD
LG