Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:52

Bəxtiyar Sadıqov: 'Mehriban xanımın reytinqi çox yüksəkdir'


Prezident və 1-ci vitse-prezident Respublika Günündə. 26 may 2017. 26may2017
Prezident və 1-ci vitse-prezident Respublika Günündə. 26 may 2017. 26may2017

“Mən hələ eşitməmişəm ki, kimsə Mehriban xanımın birinci vitse-prezident təyin olunmasından razı qalmadığını dilinə gətirsin. Əksinə... Ümumiyyətlə, mən komanda anlayışını qəbul edirəm. Mən qəzet redaktoruyamsa, ora ideyalarımı gerçəkləşdirəcək jurnalistləri yığıram, onlar vasitəsilə işimi qururam”

Avqustun 3-də İlham Əliyevin hakimiyyətə gəlməsindən, onun baş nazir təyin olunmasından 14 il ötür.

Buna da bax:​ Qərbdən Əliyevanın təyinatına nə üçün müsbət reaksiyalar gəlmir? [müsahibə]

AzadlıqRadiosu prezident Əliyevin 14 illik hakimiyyəti ilə bağlı suallara hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdan cavab almağa çalışıb. Bəri başdan deyək ki, xaricdə məzuniyyətdə olan deputat 3-4 sualı cavablandıra bilib.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov

– Bəxtiyar müəllim, İlham Əliyevin hakimiyyəti dövrünə münasibət birmənalı deyil. Kimi onun hakimiyyətə gəlişini hakimiyyətin atadan oğula keçməsi, bununla da demokratik dəyərlərin tapdanması kimi dəyərləndirirsə, kimi də ölkədə “analoqu olmayan, inkişaf dövrü” kimi xarakterizə edir. Siz bu dövrü necə dəyərləndirirsiniz?

– Əvvəla, dövlətçilikdə bir ənənə, varislik olmalıdır. Mən siyasi varisliyi nəzərdə tuturam, dövlət başçılarının verdikləri sərəncamların, gördükləri işlərin davamı mənasında ənənəni nəzərdə tuturam. Cənab İlham Əliyevin prezident seçilməsi Azərbaycanda sabitliyin qorunmasına və inkişafa kömək etdi. Sovet dövründə belə bir yaramaz ənənə vardı, hər gələn özündən əvvəlkini tənqid edirdi, hər şeyə yenidən başlayırdı. Ancaq bu dəfə davamlılığın olması inkişafımızı sürətləndirdi. İlham Əliyev ölkənin, tək paytaxtın deyil, regionların da tarazlı inkişafını təmin etdi, xarici siyasət xəttində Azərbaycanın dünyaya inteqrasiyasını, beynəlxalq nüfuzunun artmasını təmin etdi. Bütövlükdə Heydər Əliyev tərəfindən başlanmış işlər, meyllər yeni mərhələyə qaldırıldı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, bu, onun siyasi nüfuzunun göstəricisidir, Azərbaycan “Eurovision” mahnı müsabiqəsində qalib gəldi, bu, bizim Avropa dəyərlərinə, mədəniyyətinə yiyələnməyimizin, bu yarışmanı yüksək səviyyədə keçirməyimizin təzahürü oldu. İqtisadi sahədə çox böyük uğurlarımız oldu, transmilli layihələr, yeni formatlar reallaşdı, nəqliyyat dəhlizləri yaradıldı. Bunlar ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan işləriydi ki, İlham Əliyev bir çoxunu tamamladı, bəziləri isə tamamlanmaq üzrədir və hələ yeni layihələr də var. O xarici reytinq hesablayan təşkilatların sorğularında İlham Əliyev dəfələrlə reytinqini saxlayıb. Bu da onun işlərinin xalq tərəfindən qiymətləndirilməsi deməkdir. Yəni mən onu fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün Azərbaycan Cənubi Qafqazda sabitlik adasıdırsa, ən inkişaf etmiş modern dövlətidirsə, nüfuzu dünyada yüksəkdirsə, özünü idman dövləti kimi təsdiqləyirsə, beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilibsə, bu, İlham Əliyevin gördüyü işlərin, çəkdiyi zəhmətin bəhrəsidir.

Buna da bax: 'Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim'

– Siz hakimiyyətin atadan oğula ötürülməsi sualına cavab olaraq dediniz ki, “siyasi varislik” önəmlidir, ata Əliyevin başladığı işləri oğul Əliyev davam etdirdi. Amma əks fikirlər də səslənir ki, bu addım hakimiyyətin bir əldə cəmlənməsinə səbəb olub. Bu xəttin davamı olaraq indi ölkənin birinci ledisi Mehriban Əliyeva həm də birinci vitse-prezidentdir. Bu addım bəzi dairələrdə tənqidlə qarşılanır. Sizcə, özünə demokratik deyən ölkədə bu, nə qədər normaldır?

– Mən siyasətin atadan oğula keçməsini demədim, dövlətçilik ənənəsindən, siyasi varislikdən danışdım. İlham Əliyev xarici siyasətdə çox uzaqgörən, balanslı siyasət aparır. Buna sübut üçün qonşu Gürcüstanda, Ukraynada gedən proseslərə nəzər salmaq yetərlidir. Dağlıq Qarabağ münaqişəsində bizim hələlik müxtəlif xətalardan-bəlalardan sovuşmağımızı görmək lazımdır. Mehriban xanıma gəlincə, o, birinci vitse-prezident təyin olunana kimi özünü Heydər Əliyev Fondunun prezidenti kimi təsdiqləmişdi. Bir çox layihələr aparmışdı. Mehriban xanım çox böyük xeyriyyəçilik işləri görüb. Və onun reytinqi də çox yüksəkdir. Mən hələ eşitməmişəm ki, kimsə Mehriban xanımın birinci vitse-prezident təyin olunmasından razı qalmadığını dilinə gətirsin. Əksinə... Ümumiyyətlə, mən komanda anlayışını qəbul edirəm. Mən qəzet redaktoruyamsa, ora mənim ideyalarımı gerçəkləşdirəcək jurnalistləri yığıram, onlar vasitəsilə işimi qururam. Bu, komanda deməkdir. Hər hansı nazir olsun, komitə sədri olsun, tanıdığı, iş qabiliyyətinə bələd olduğu, etibar etdiyi adamları ətrafına yığır. Bu mənada dünya heç belə şeylərə də etiraz etmir.

Buna da bax:​ 'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'

– Dediniz ki, hələlik Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından kiminsə narazı qaldığını eşitməmisiz. Bəlkə bir çəkingənlik, qorxu ilə bağlıdır? Çünki hakim ailəni tənqid edən jurnalistlər həbs edilir. Ümumiyyətlə, beynəlxalq təşkilatlar İlham Əliyev dövründə ölkədə insan haqlarının pisləşdiyini bildirirlər. “Freedom House” təşkilatı isə Azərbaycanın əhali sayı baxımından ən çox siyasi məhbus olan ölkə adlandırıb.

– “Freedom House” və onun kimi bir neçə təşkilatlar Azərbaycana qarşı qərəzlidirlər, anti-Azərbaycan şəbəkəsinə xidmət edirlər. Necə olur, bir dəfə o “Freedom House” bir milyon qaçqının hüquqlarından, Dilqəmlə Şahbaz haqqında danışmır? Necə olur mətbuat-söz azadlığından danışır, amma o qaçqınların arasında olan 100-dək jurnalistin hüquqlarından danışmır? Kimin ağlına kim, nə gəlirsə, siyasi dustaq elan edir. Dəfələrlə fakt oldu ki, bizim hüquq müdafiəçiləri öz maraqları naminə bəzi insanları siyasi məhbus kimi təqdim ediblər. Onlar Azərbaycana təzyiq-təsir göstərmək istəyən qurumlardır. Azərbaycan da o qədər oturuşmuş, güclü dövlətdir ki, ona heç cür təzyiq və təsir göstərmək olmaz.

Bəxtiyar Sadıqov: "Mən hələ eşitməmişəm kimsə Mehriban xanımın birinci vitse-prezident təyin olunmasından razı qalmadığını dilinə gətirsin"
Gözlə

No media source currently available

0:00 0:08:36 0:00
Direct-ə keçid

– Yəni siz Azərbaycanda insan haqları sahəsində problemlərin olduğunu qəbul etmirsiniz?

– Baxır necə yanaşmağa. Azərbaycanda işsizlik, yoxsulluq aşağı səviyyəyə düşübsə, regionlar inkişaf edirsə... Son zamanlar təhsillə bağlı, işə düzəlməklə bağlı nə qədər yeniliklər tətbiq olunub. Saytlardan baxıram, Azərbaycanda ənənəvi bitkilərin əkiniylə, heyvandarlıqla bağlı işlər görülür. Bunlar da regionlarda işsizliyin aradan qaldırılmasına, sahibkarlığın inkişafına xidmət edir. Azərbaycan çox cavan dövlətdir. Bizim demokratiya tariximiz 200-300 illə ölçülmür. Nöqsanların olduğunu qəbul edirəm. Amma kütləvi şəkildə Azərbaycanda insan haqları pozulubmu? Bəli, pozulub. Qaçqın və köçkünlərin hüquqları pozulub.

XS
SM
MD
LG