Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:36
Arif Məmmədov - 2014
Arif Məmmədov - 2014

AzadlıqLive - Eks-diplomat naziri qətiyyətsizlikdə günahlandırır

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Azərbaycanda və dünyada baş verən xəbərlər...

Rayondan gələn maşınlar burda duracaq

Paytaxtın girişində rayon qeydiyyatında olan avtomobillər üçün ödənişsiz duracaqların tikintisi başa çatdırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev apa-ya bildirib ki, şəhərin şimal girişindəki duracaq Bakı-Quba yolunun 160-cı km-də, Abşeron Gənclər şəhərciyi yaxınlığında, şəhərin cənub girişindəki duracaq isə Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığındadır.Ətraflı burada

Azərbaycanlı "Çarli Çaplin" finalda

Azərbaycanlı "Çarli Çaplin" America"s Got Talent" yarışmasının yarımfinalında son anda 6 metrlik nərdivandan yıxılsa da, tamaşaçı səsverməsi ilə finala çıxıb. Final sentyabrın 16-da yayımlanacaq.

1-ci yeri tutana 1 milyon dollar mükafat və Las Veqasda öz şousunu keçirmək hüququ verilir.(Yarımfinal videosu aşağıda)

Milli Şura seçkidə iştirakdan imtina etdi

“Milli Şura parlament “seçkiləri”ni legitimləşdirmək üçün vasitə olmaqdan və seçki imitasiyasında iştirakdan imtina edir”. Bu, Milli Şuranın 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı qərarında deyilir. Qərar bu gün sentyabrın 10-da qəbul olunub.

Gələn ilin büdcəsi bəs edəcəkmi?

Bu ilin büdcəsində neftin qiyməti 90 dollardan götürülmüşdü, indi neftin qiyməti 50 dollar ətrafında rəqs edir və qalxmaq fikri yoxdur. Gələn ilin büdcəsində neft indiki 45-50 dollardan götürülsə, büdcə nə qədər azalacaq? Bu, lazımi xərclərə bəs edəcəkmi? İqtisadçı Samir Əliyev deyir ki, əvvəlki illərdən fərqli olaraq bu il büdcənin əsas parametrləri hələ də elan olunmayıb. Qaldı ki, neftin qiymətinə, Mərkəzi Bank sədri Elman Rüstəmov bir az əvvəl büdcənin əsasına qoyulacaq neft qiymətini 50 dollar təklif etmişdi. Bu, büdcənin gəlir hissəsini nə qədər azaldacaq? Samir Əliyev deyir ki, ehtimal etmək olar ki, büdcənin gəlir hissəsi 14-16 milyard civarında olacaq. Xərclər bundan 2 milyard çox ola bilər. Bu, sosial xərclərə bəs edəcək. İxtisarlar investisiya xərclərinə aid olacaq. Bəs bu, yeni iş yerlərinin yaradılmamasına, gələcəkdə işsizliyin artmasına gətirməyəcəkmi? Samir Əliyev deyir ki, bu təhlükə var, ona görə, institusional islahatlar vacibdir. Hansı islahatlar? - Ətraflı burada dinlə

Gözlə
Embed

No media source currently available

0:00 0:11:39 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG