Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:07

Məhkəmə prezident Əliyevə qarşı şikayətə baxmaqdan imtina etdi


İctimai fəal prezidenti məhkəməyə verdi
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

İctimai fəal prezidenti məhkəməyə verdi

Məhkəmə ictimai fəal Bəxtiyar Hacıyevin Prezident İlham Əliyevə qarşı iddia ərizəsinə baxmaqdan imtina edib. Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev ərizənin geri qaytarılması haqda qərardad çıxarıb. Qərarını da belə əsaslandırıb ki, Hacıyev prezidentin Facebook səhifəsində bloklanmasından şikayətlənsə də, iddia ərizəsində həmin səhifənin başqa şəxslər tərəfindən idarə olunduğunu yazıb. Bu üzdən də prezident cavabdeh sayıla bilməz.

İctimai fəal AzadlıqRadiosuna bildirib ki, qərardadı alan kimi ərizəsinə dəyişiklik edərək yenidən Səbail rayon Məhkəməsinə göndərib: "Əvvəlki ərizəmdə yazmışdım ki, çox güman səhifəni Prezident Administrasiyası idarə edir. Qərardadda da bunu bəhanə edib geri qaytarıblar. Ona görə həmin hissəni çıxardım. Əgər yenə geri qaytarsalar, növbəti dəfə həm prezidenti, həm də Prezident Administrasiyasını cavabdeh qismində qoyacağam".

Prezident Əliyev Facebook-a görə məhkəməyə verildi

İctimai fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevi məhkəməyə verib. Səbəb isə Facebook sosial şəbəkəsində prezident Əliyevin rəsmi səhifəsində onun bloklanmasıdır.

Bu barədə AzadlıqRadiosuna Hacıyev özü məlumat verərək bildirib ki, prezidentin rəsmi səhifəsində vətəndaşın bloklanaraq rəy bildirməsinin qarşısının alınması ifadə azadlığının pozulmasıdır.

Mehriban Əliyevanın "divarı"na nə yazırlar?
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

"Kiminsə kefi istəyir deyə..."

"Prezidentin səhifəsi onun şəxsi profili deyil, dövlət hesabına saxlanan, kontenti dövlət hesabına formalaşan resursdur. Səhifədə prezident öz fəaliyyəti ilə bağlı məlumatlar paylaşır, insanlara bu fəaliyyəti bəyənmək, müzakirə etmək imkanı verir. Bir vətəndaşın Facebook-da qaydaları pozmadığı halda, kiminsə kefi istəyir deyə, siyasi baxışlarına görə blok edilməsi qanunsuz hesab edilməlidir", – Hacıyev dövlət başçısına qarşı məhkəmədə iddia qaldırmasını belə əsaslandırıb.

İctimai fəalın fikrincə, prezidentin rəsmi səhifəsində bloklanması ifadə azadlığı ilə yanaşı, həm də ayrı-seçkiliyə məruz qalmamaq hüququnun pozuntusudur. Hacıyev deyir ki, məhkəməyə müraciət etməkdə məqsədi hüquq ictimaiyyətində belə müzakirələrin açılmasıdır. Daha bir məqsəd də vətəndaşları hüquqları pozulduğu anda məhkəmələrə müraciətə təşviq etməkdir.

İddia ərizəsində maddi təzminat tələbi qoyulmayıb, məhkəmədən hüquq pozuntusunun tanınması istənilib. Hacıyev əlavə edib ki, əgər ölkə daxilindəki məhkəmələr onun şikayətini təmin etməsə, bu mübahisəni Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədir.

Əliyeva bacılarına sosial şəbəkədə şikayət məktubu yazanlar
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

İddia ərizəsi məhkəməyə daxil olub

Hacıyev prezidentə qarşı iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim edib. Prezident Administrasiyası bu rayonun ərazisində yerləşir.

Məhkəmədən AzadlıqRadiosuna belə bir iddia ərizəsinin daxil olduğunu təsdiqləyiblər: "Bu iddia ərizəsi avqustun 25-də məhkəməyə daxil olub. Onun araşdırılması hakim Şahin Abdullayevə həvalə olunub. Hələlik məhkəmənin vaxtı təyin edilməyib".

Məhkəmədən o da bildirilib ki, prezidentə qarşı şikayətin icraata götürülüb araşdırılacağı, yoxsa geri qaytarılacağı məlum deyil: "Hakim buna məhkəmənin hazırlıq iclasında qərar verəcək".

Prezident Administrasiyasından məsələyə, hələlik, münasibət bildirilməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi "Markes Portuqaliyaya qarşı" qərarında yazır ki, hətta qanuni əsaslarla rəsmi şəxslərin sosial şəbəkə səhifələrinə məhdudiyyət müdaxilələri varsa, yerli qanunvericilikdə bunun əsaslandırılması olmalıdır.

XS
SM
MD
LG