Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:04

Ekspert: 'Pambıqçılıq işsizlik problemini həll edən deyil'


Rövşən Ağayev
Rövşən Ağayev

«Ölkə prezidentinə pambıqçılıqla bağlı məlumatları və hesablamaları kimin, hansı strukturun hazırladığı çox maraqlıdır. Bu faktları dinləyəndə ilk təəssürat bu olur ki, iqtisadiyyatımız qısa müddətdə pambıqçılıq sayəsində böhran üzərində qələbə çalacaq».

Bu fikirləri hökumətin pambıqçılığın inkişafına yönəlmiş açıqlamalarını şərh edərkən iqtisadçı Rövşən Ağayev bildirib.

***Buna da bax-Saatlı sakinləri: 'İlham Əliyevə deyiləsi çox sözümüz vardı...'

Üç gün əvvəl, martın 28-də prezident İlham Əliyevin rəhbərliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafı ilə bağlı müşavirə keçirilmişdi. Prezident müşavirədə demişdi ki, ötən il pambıqçılığa 10 minə yaxın işçi cəlb edilib. Bu il bu rəqəm 200 minə qaldırılacaq.

Ancaq ekspert hesab edir ki, əslində, nikbinliyə ciddi əsaslar yoxdur. «Məsələn, rəqəmlərdən biri budur ki, pambıq əkinlərinin 100 min hektara çatdırılması hesabına bu il 200 min yeni iş yeri yaradılacaq. Heç əkinlərin 200 min hektara çatdırıldığı şəraitdə belə pambıqçılığın 200 min insanın iş yerinə çevrilməsi real görünmür».

Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

«100 MİN HEKTARDA 170-180 MİN ADAM NECƏ İŞLƏYƏ BİLƏR?»

Ekspert bildirir ki, hazırda pambıq əkinlərinin əsas hissəsi dövlət və bələdiyyə mülkiyyətində olan iriölçülü örüş, biçənək torpaqlarında həyata keçirilir. «Yəni, 100 min hektarın əkilməsini ən yaxşı halda 10-15 min nəfər həyata keçirir. Qaldı muzdla işləyənlər - 100 min hektarda 170-180 min nəfər necə işləyə bilər? Bu sahə ilə əlaqəsi olanlar bilir ki, pambıqçılıqda işçi əməyi ən yaxşı halda suvarma və yığım mərhələsində gərək olur. Ötən ilin təcrübəsi göstərdi ki, 1 hektar sahədən yığılan pambığın təxminən 2/3-sini texnika rahatlıqla yığır, sahələrdə qalan 1/3 hissə üçün əl əməyi tələb oluna bilər. Bir sözlə, suvarma və yığımda tələb olunan işçi qüvvəsi xərci 1 hektara ən yaxşı halda 300-400 manat təşkil edə bilər», - R.Ağayev qeyd edib.

Ekspert hesab edir ki, 1 hektar pambıq sahəsində 2 nəfər becərmə ilə məşğul olsa, onların hər biri orta hesabla maksimum 200 manat zəhməthaqqı qazansa belə, bu yeni iş yerləri ilə bağlı gözləntiləri doğrultmur. «İşçi əməyi pambıqçılıqda maksimum 2-3 ay fəal şəkildə gərək olur. Lap hesab edək ki, bir nəfər bu müddətdə maksimum 500-600 manat qazandı, bəs ilin qalan ayları necə olsun? Beynəlxalq Əmək Təşkilatının metodologiyasından çıxış etsək, normal iş yeri odur ki, insana ilin ən azı 11 ayı işləmək və qazanc əldə etmək imkanı təmin edir», -R.Ağayev bildirib.

XS
SM
MD
LG