Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:19

İ.Əliyev: «Üstünlük Azərbaycandadır»


-

«Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır».

AZƏRTAC-ın xəbərinə görə, bunu mayın 1-də cəbhəyanı rayonlara səfər edən prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu durumla heç vaxt barışmayacaq. O, təmas xəttində üstünlüyün Azərbaycan tərəfində olduğunu, döyüş mövqelərinin daha da gücləndiyini vurğulayıb.

Prezident sakinlərlə görüşündə həmçinin qeyd edib ki, Ermənistan tərəfinin təxribatına Azərbaycan Ordusu layiqli cavab verib.

O, cəbhə xəttində yaşamağı əsl vətəndaş nümunəsi kimi dəyərləndirib.
Prezident mayın 1-də cəbhə xəttindəki Tərtər, Ağdam və Bərdə rayonlarında olub. O, həm hərbiçilərlə, həm yerli əhali ilə, həm də son əməliyyatlar zamanı mülkü əhalidən xəsarət alan yaralılarla görüşüb.

XS
SM
MD
LG