Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:24

İlham Əliyev: 'Ermənistan qulaq asmaq istəmir'


İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşü
İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşü

“Biz qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və təhlükəsizlik məsələləri ilə əlaqədar geniş müzakirələr apardıq”.

“Mövqelərimiz üst-üstə düşür. Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik. İndi bunun üçün yaxşı imkan var”.

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Xorvatiya prezidenti Kolinda Grabar-Kitarović ilə geniş tərkibli görüşdə belə deyib.

Buna da bax:​ 'İndi bunun üçün yaxşı imkanlar var' - Prezident

Ölkə başçısı vurğulayıb ki, ticarət mübadiləsinin səviyyəsini və investisiyaları necə artıra bilmək imkanlarına nəzər salmaq lazımdır.

“Enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olan “Cənub Qaz Dəhlizi”ndə tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa Birliyi-Azərbaycan əməkdaşlığı var. Biz bu istiqamətdə və bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik”, deyən İlham Əliyev səfərin çox uğurlu keçəcəyinə əmin olduğunu ifadə edib.

İ.Əliyev xorvatiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin durumu ilə bağlı da bilgi verib.

Buna da bax: 'Cənub Qaz Dəhlizi'nə maliyyə axtarışı

Xanım Kolinda Grabar-Kitarović isə Azərbaycandakı Xorvatiya icmasının üzvləri ilə görüşməsindən məmnun olduğunu ifadə edib.

O, vurğulayıb ki, Azərbaycanlı həmkarı ilə arasında açıq qalan məsələ yoxdur.

“Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusilə iqtisadiyyat, mübadilə, investisiya və ticarət sahələrində əməkdaşlığımızı gücləndirməyə imkanlar var. Həmçinin, xalqlar arasında, mədəniyyət, təhsil, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri genişləndirməliyik”, prezident deyib.

İlham Əliyev, Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xüsusi vurğulayıb.

Buna da bax: Almaniyada Qarabağ müzakirəsi gözlənir

President.az saytının xəbərinə görə, dövlət başçısı bildirib ki, əməkdaşlığa möhkəm hüquqi baza var.

Prezident xorvatiyalı həmkarı ilə Avropa Birliyi-Azərbaycan tərəfdaşlığını geniş müzakirə etdiklərini söyləyib.

“Hazırda biz Azərbaycan və Avropa Birliyi (AB) əməkdaşlığının gələcək formatı üzərində işləyirik. Biz artıq Avropa Birliyinə üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri imzalamışıq. Düşünürəm ki, bu potensial Avropa Birliyi - Azərbaycan razılaşması üçün yaxşı əsasdır”, prezident deyib.

İqtisadi sahədə əsas prioritetlər…

İ.Əliyev Xorvatiya prezidenti ilə iqtisadi sahədə əsas prioritetləri müəyyənləşdirdiklərini qeyd edib.

“Ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq. Nəqliyyat sahəsində yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınması ilə bağlı deyil. Baxmayaraq ki, bundan çox razıyıq, çox gözəl gəmilərdir. Gəmilər bizə Xəzər dənizində yükdaşımaları artırmağa imkan verir”, İ.Əliyev bildirib.

Buna da bax:​ Avropa Birliyi Bakı ilə əlaqələrin bərpasına şaddır

Görüşdə regional təhlükəsizlik məsələləri, Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olub. Prezident qonağa xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli sənədlər qəbul edib.

“Ermənistan sülh istəmir”

“Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir. Bu, qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır”.

AB ilə əməkdaşlığa dəstək sözü

Xorvatiya prezidenti isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri çox aydındır.

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh yolla həll olunmadır”, deyən prezident Avropa Birliyi ilə Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanmasında hər zaman dəstək olacaqlarını qeyd edib.

Buna da bax: 'Yeni müharibə başlasa, aprel döyüşlərinə bənzəməyəcək'

O, vurğulayıb ki, Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir.

“Biz TANAP, TAP layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik”.

Kolinda Grabar-Kitarović Xorvatiyanın mülki inşaat, kənd təsərrüfatı, ərzaq emalı müəssisələrinə, “Halal” sertifikatlı şirkətlərə malik olmasından danışıb. Prezident ümidvar olduğunu bildirib ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəklər.

Kolinda Grabar-Kitarović oktyabrın 23-də Azərbaycana gəlib. Bu gün oktyabrın 24-ü onun prezident İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşü olub.

XS
SM
MD
LG