Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:28

MSK İlqar Məmmədovla bağlı açıqlama verir


İlqar Məmmədov
İlqar Məmmədov

-

«İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib».

Bunu APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

İlqar Məmmədov kimdir? - Video

REAL Hərəkatının sədri İ.Məmmədovun namizədliyinin irəli sürülməsi barədə danışan Ş.Əsədli deyib ki, Azərbaycan vətəndaşlarının qanunvericilikdə aktiv və passiv seçki hüquqları var: «Aprelin 25-də İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim edilib. DSK operativ qaydada bu sənədlərə baxıb, digər seçki subyektləri kimi, ona da müvafiq kömək göstərilib».

Ş.Əsədli qeyd edib ki, aprelin 28-də İ.Məmmədovun deputatlığa namizədliyini irəli sürməsi təsdiq olunub. Onun nümayəndələrinə imza vərəqələri, müvafiq seçki sənədləri təqdim edilib: «Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib».

N.CƏFƏRLİ: ƏSAS AVROPA MƏHKƏMƏSİNİN QƏRARIDIR

REAL Hərəkatının rəhbərlərindən Natiq Cəfərli isə MSK rəsmisinin açıqlamasını AzadlıqRadiosuna belə dəyərləndirib: «Qanun baxımından yanaşılsa, bəlkə də zahirən Mərkəzi Seçki Komissiyası (MSK) haqlı ola bilər. Amma İlqar Məmmədov postsovet məkanında Avropa İnsan Haqları Konvensiyasının 18-ci (siyasi fəaliyyətə görə təqib və həbs) maddəsi tətbiq edilən ikinci şəxsdir».

N.Cəfərli deyib ki, İ.Məmmədov Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra dərhal həbsdən azad olunmalı idi. Məhz həmin qərara əsasən, onun namizədliyi irəli sürülüb: «Bizə də belə xəbər çatıb ki, MSK namizədliyi qeydə almaq üçün sənədlərin verilməsindən imtina edir. Amma biz imtina ilə bağlı MSK-ya ünvanladığımız müraciətə rəsmi cavab gözləyirik. Bundan sonra yerli məhkəmələrə müraciət edəcəyik».

Şəki Apellyasiya Məhkəməsi aprelin 29-da REAL Hərəkatının lideri İ.Məmmədovun işinə təkrar baxış üzrə qərarını elan edib. Məhkəmə İ.Məmmədovu azadlığa buraxmayıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi bu hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kasasiya şikayətinə baxaraq işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb, onun məhz hökuməti tənqid etdiyi üçün susdurulduğunu, cəzalandırıldığını bildirib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG