Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:15

Nümayəndələr Palatası Trump-ın impiçmentinə səs verdi


Donald Trump
Donald Trump

ABŞ Nümayəndələr Palatası dekabrın 18-də Prezident Donald Trump-a impiçment elan edib və qərar baxılmaq üçün Senata göndərilib.

Senat prezidenti mühakimə edəcək, vəzifədən kənarlaşdırmaq məsələsinə baxacaq.

Miçiqanda seçki kampaniyası keçirən Trump deyib ki, demokratlar “on milyonlarla vətənpərvər amerikalının atdığı bülletenləri etibarsız etməyə çalışır”. O, 2016-cı il prezident seçkisindəki qələbəsini nəzərdə tutub.

Prezident bundan öncə impiçment araşdırmasını “əcinnə ovu” adlandırmışdı.

İmpiçment maddələri rəsmi ittihamnamə deməkdir və senata göndərilir. Senatda Ali Məhkəmənin sədri John Roberts-in sədrliyi ilə məhkəmə yanvara gözlənir.

Səsvermədən bir neçə dəqiqə sonra Nümayəndələr Palatasının spikeri Nancy Pelosi impiçment maddələrinin Senata nə vaxt göndəriləcəyini, ümumiyyətlə göndərilib-göndərilməyəcəyini açıqlamayıb.

Nancy Pelosi
Nancy Pelosi

O, “nə baş verəcəyini görəcəyik” deyib. Onun sözlərinə görə, Palata demokratları Senat məhkəməsinə prokuror qismində kimi göndərəcəyini deyə bilmir, bundan ötrü Senatda məhkəmənin necə qurulacağı haqda daha çox məlumat əldə etməlidir.

Prezidentin təqsirli bilinməsi üçün üçdə iki səs çoxluğu lazımdır. Senat respublikaçıların nəzarətində olduğundan onun bəraət alacağı gözlənir.

***

Trump-ın impiçmentinə dair rəsmi debat başlanıb

ABŞ-da demokratların çoxluğa malik olduqları Nümayəndələr Palatasında prezident Donald Trump-ın impiçmentinə dair rəsmi debat başlanıb.

Debatın 6 saatadək davam edəcəyi, amma bu müzakirələrin sonunda iki impiçment maddəsinin qəbul ediləcəyi gözlənilir.

Əgər ABŞ Konqresinin aşağı palatası burada azlıq təşkil edən respublikaçıların müqavimətinə baxmayaraq iki ittiham maddəsini səsvermədən keçirsə, onda bu, ABŞ tarixində prezidentin üçüncü dəfə impiçment edilməsi olacaq.

Artıq prezidentin tərəfdarları bildiriblər impiçment qərarı baxılmaq üçün Senata getsə, onlar Trump-ı müdafiə edəcəklər.

Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi deyib ki, o “ABŞ prezidentinin impiçment debatını hüzn və kədərlə açıq elan edir”.

Lakin o əlavə edib ki, bu prosedur mütləq həyata keçirilməlidir, çünki Trump ABŞ-ın milli təhlükəsizliyinə “davam edən hədə” təşkil edir.

Sözü gedən iki impiçment maddəsi səlahiyyətlərini aşma və Konqresin işinə əngəl törədilməsidir.

Trump özünün siyasi rəqibi – 2020-ci il seçkisində iştirak etməyə hazırlaşan keçmiş vise-prezident Joe Biden-in araşdırılması üçün xarici ölkə liderinə - Ukrayna prezidenti Volodymyr Zelenskiy-ə təzyiq göstərməkdə ittiham olunur.

XS
SM
MD
LG