Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:29

ABŞ-da impiçment teletranslyasiyasına 13.8 milyon tamaşaçı baxıb


ABŞ-ın Ukrayna üzrə əsas diplomatı William Taylor-un ifadəsi televiziya ilə canlı yayımlanıb
ABŞ-ın Ukrayna üzrə əsas diplomatı William Taylor-un ifadəsi televiziya ilə canlı yayımlanıb

Birləşmiş Ştatlarda 13.8 milyon nəfər Konqres demokratlarının prezident Donald Trump-a qarşı impiçment dinləməsinin ilk açıq translyasiyasına tamaşa edib.

Nielsen şirkəti noyabrın 14-də bildirib ki, 10 müxtəlif televiziya kanalı bu dinləməni canlı və ya video yazısı şəklində translyasiya edib.

Televiziya ilə yayımlanan ilk dinləmədə ABŞ-ın vəzifəli diplomatları William TaylorGeorge Kent ifadə verirdilər.

Bu da vurğulanır ki, impiçment translyasiyasının tamaşaçısı cinsi təcavüzdə ittiham edilən Brett Kavanaugh-nın 2018-ci ildə yayımlanan nominasiya iclasının tamaşaçı sayından az olub.

Həmin dinləməyə 20.4 milyon adam baxmışdı.

Federal Təhqiqatlar Bürosunun keçmiş başçısı James Comey-nin ifadə verməsinə 19.5 milyon nəfər tamaşa etmişdi.

Trump-ın şəxsi vəkili Michael Cohen-in ifadə verməsinə 13.8, ötən iyulda ABŞ xüsusi prokuroru Robert Mueller-in ifadəsinə isə 12.9 milyon nəfər baxmışdı.

Nielsen şirkəti bildirir ki, impiçment araşdırmasına 2.9 milyon nəfər prezident Trump-a rəğbətli Fox News telekanalında baxıb.

Televiziya ilə ikinci impiçment translyasiyası noyabrın 15-də veriləcək.

Bu dinləmədə ABŞ-ın Ukraynadakı keçmiş səfiri Marie Yovanovitch ifadə verməlidir.

XS
SM
MD
LG