Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

İmtahanların qiyməti qalxır, imtahana gedənlər...


Dövlət Imtahan Mərkəzinin (DİM) bakalavr pilləsi üzrə sınaq imtahanlarının qiymətini 20 manatdan 40, magistr pilləsi üzrə sınaq və qəbul imtahanlarını isə 40 manatdan 50 manata qaldırdığı bildirilir. Artıq bu məsələ ölkədə bir sıra müzakirələrə səbəb olub.

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədli Azadlıq Radiosuna vurğulayıb ki, bu hal 2020-ci il yanvar ayının ortalarında baş verib:

“Bu qiyməti DİM öz qərarı ilə müəyyən edib və o, ictmaiyyətə açıqlanmayıb. Sınaq imtahanları ilə bağlı DİM sistemində şəxsi kabinetinə daxil olan vətəndaşlar qiymət bahalaşması faktı ilə üzbə-üz qalıblar”

Kamran Əsədov
Kamran Əsədov

K.Əsədli əlavə edib ki, DİM bunu publik hüquqi şəxs olması, xərclərinin artması, öz-özünü maliyyələşdirməyə məcbur qalması ilə əlaqələndirir:

“Amma bu əsassızdır. Ona görə ki, DİM 1992-ci ildən fəaliyyət göstərən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bazasında yaranıb. Bütün texniki təminat, avadanlıqlar var idi. 2016-cı ildə bakalavr pilləsi üzrə sınaq imtahanı 2 manat, magistr pilləsi üzrə isə 3 manat idi. 2017-ci ildə Tarif Şurasının qərarı ilə bu qiymət 2 manatdan 20 manata, 3 manatdan isə 30 manata qaldırıldı. 2020-ci ildə isə artıq DİM Tarif Şurasının yox, öz qərarı ilə bakalavr sınaq imtahanlarını 20 manatdan 40 manata, magistr sınaq və qəbul imtahanlarını isə 50 manata qaldırıb. Amma bunu da deyim ki, bakalavr pilləsi üzrə qəbul imtahanlarının qiymətləri hələ məlum deyil. Düşünürəm ki, orada da qiymət artımı ola bilər. Yeni qiymtələrlə ilk belə sınaq imtahanının fevralın 16-da keçirilməsi gözlənilir”

“Bu da o deməkdir ki,...”

Ekspertin deməsinə görə, DİM qiymət artımına səbəb kimi 90 suallıq test kitabçaları hazırlamasını göstərib. O, isə hesab edir ki, bütün xərcləri hesablansa belə, 90 suallıq kitabçanın maya dəyəri 14 manatdan artıq olmaz:

“Bu da o deməkdir ki, istənilən halda DİM 40 manatlıq imtahan keçirə bilməz. 40 manatlıq imtahan nəticələri beyənlxalq aləmdə tanınan imtahan olmalıdır...”

“Sınaq imtahanlarına gələnlərin azalması...”

İmtahan, 2019
İmtahan, 2019

Ekspert hesab edir ki, qiymət bahalaşması sınaq imtahanarına girənlərin azalmasına səbəb olub:

“2016-cı ildə magistratura pilləsinə qəbul üçün 26 min sənəd verilmişdi. Bu il bu rəqəm 12 min nəfərə enib, bu da 50 faiz azalma demkdir. 2016-cı ildə TQDK sınaq imtahanlarına 40 min yer ayırırıdı, 2-3 saata dolurdu. İndi 15 min yer ayırıb, cəmi 6 minə yaxın adamın mürciəti var, müraciət fevralın 10-na kimi davam etməlidir”.

K.Əsədliyə görə, bu bahalaşma təhsilin əlçatmlı olması prinsipini pozur:

“Qiymət bahalaşması keyfiyyəti yaxşılaşdırmayıb... Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq üçün DİM-ə alternativ olan imtahan qurumu yaradılmalıdır ki, rəqabət mühiti olsun. Fakitiki imtahan keçirilməsi inhisrdadır, keyfiyyət yoxdur”

“Əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır”

Məlahət Mürşüdlü, Bakı, 18 sentyabr 2012
Məlahət Mürşüdlü, Bakı, 18 sentyabr 2012

Təhsil üzrə başqa bir eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, bu məsələlərdə əhalinin sosial vəziyyəti nəzərə alınmalıdır:

“ DİM Tarif Şurası ilə məsləhətləşmələr aparıb, uyğun və adekvat bir ödəniş qiyməti müəyyən etməli idi”.

M.Mürşüdlü deyib ki, ilbəil qiymət artımı üzündən ildə iki dəfə sınaq imtahanları vermək niyyətində olan bir çox şəxs maliyyə çatışmazlığını səbəb göstərərək onların birindən imtina etmək məcburiyyəti qarşısında qalır.

DİM bunu necə izah edir?

Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzi

Artıq, bir sıra yerli saytlarda DİM-in bu məsələ ilə bağlı mövqeyi də ifadə edilib. Dövlət İmtahan Mərkəzi bunu əsasən publik hüquqi şəxs olması ilə izah edib.

“Yəni Dövlət İmtahan Mərkəzi dövlət büdcəsindən maliyyələşmir. DİM Nizamnaməsinə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir. İmtahanda iştirak etmək üçün tələb olunan ödəniş məbləğinin müəyyən edilməsi üçün son illər DİM tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər... ətraflı şəkildə araşdırılıb və qiymət müəyyən edilərkən nəzərə alınıb”, deyə qurumdan bildirilib.

Mərkəzdən o da əlavə olunub ki, hər il müxtəlif təyinatlı imtahanlarda yüz minlərlə insan iştirak edir və imtahanların mütəşəkkilliyini təmin etmək üçün onlar kompleks tədbirlər həyata keçirirlər.

XS
SM
MD
LG