Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:24

İnterpol yoxa çıxmış prezidentinin yerini Çindən soruşur


Meng Hongwei
Meng Hongwei

Beynəlxalq polis təşkilatı olan İnterpol Çinə müraciət edərək öz prezidenti Meng Hongwei bardə informasiya istəyib.

AFP və AP agentliklərinin məlumatına görə, onun Çində yoxa çıxdığı güman edilir.

Agentliyin oktyabrın 6-da Lionda yaydığı bəyanatda deyilir ki, “Təşkilat prezidentinin taleyi və problemin həlli ilə bağlı Çin hakimiyyətindən rəsmi məlumat gözləyir”.

Meng-in həyat yoldaşı deyir ki, sentyabrın sonunda Lionu tərk etdikdən sonra ərindən soraq yoxdur.

Mənbələrin məlumatına görə hazırda Fransa məsələylə bağlı ayrıca istintaqa başlayıb.

Fransa hakimiyyəti deyir ki, Meng təyyarəyə oturaraq Çinə gedib. Amma indiyədək onun yeri bəlli detyil.

64 yaşlı Meng həm də Çin ictimai təhlükəsizlik nazirinin müavinidir.

Polis Meng-in həyat yoldaşını mühavizəyə götürüb.

Fransa polisi İnterpolun yoxa çıxan prezidenti Meng Hongwei-in həyat yoldaşını mühavizəyə götürüb.

Bu barədə AzadlıqRadiosunun Rusiya xidməti “İndependet” qəzetinə istinadla yazır.

Məlumata görə, Meng-in həyat yoldaşı bundan əvvəl telefon və sosial şəbəkələrdən təhlükə, hədələr aldığını deyib.

İnterpol prezidentinin yoxa çıxması barədə məlumat oktyabrın 5-də yayılıb.

Honkonq mətbuatı isə oktyabrın 5-də yazıb ki, Meng-i çox güman ki, istintaq altında olduğundan Çin hakimiyyəti saxlayıb.

Meng İnterpola 2 il əvvəl rəhbər təyin edilib.O, bu vəzifəni tutan ilk Çin nümayəndəsidir.

XS
SM
MD
LG