Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:52
İntiqam Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

İntiqam Əliyev azadlıqda

İntiqam Əliyevin evindən reportaj [Video]

Dünyaca tanınmış hüquq-müdafiəçisi İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb.

Martın 28-də Ali Məhkəmənin Plenumu hüquq müdafiəçisi İntiqam Əliyevin işinə yenidən baxıb. Bu dəfə məhkəməyə Baş prokuror Zakir Qaralov müraciət edib. O, İntiqam Əliyev haqqında cəzanın ağır olmasından, şərti cəza məsələsinin müzakirə edilməməsindən narazı qalıb.

Baş prokurorun bu müraciətinin nəylə nəticələndiyini aşağıda izləyin.

19:23 28.3.2016

İntiqam Əliyev: "İkili hisslər keçirirəm"

Azadlıqda ilk müsahibəsini AzadlıqRadiosuna verən İntiqam Əliyev deyib:

"İkili hisslər keçirirəm. Bir tərəfdən, desəm ki sevinmirəm, yalan olar. Sevinirəm. Çünki.. " (Ətraflı)

19:59 28.3.2016

İntiqam Əliyevin azadlıqda ilk müsahibəsi

İntiqam Əliyev: Yükün bir hissəsini öz çiyinlərimə götürəcəm
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

21:15 28.3.2016

F.Mogherini :“AB ümid edir ki, bu addımlar davam edəcək”

Federica Mogherini
Federica Mogherini

“Avropa Birliyi ümid edir ki, bu addımlar davam edəcək. Bunu Azərbaycanın götürdüyü öhdəliklər tələb edir ”

Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogherini hüquq müdafiəçisi İntiqam Əliyevin martın 28-də azad olunması ilə bağlı bəyanat yayıb.

“Son iki ilini həbsxanada keçirən insan haqları üzrə vəkil İntiqam Əliyevin azadlığa buraxılması qərarı bu ayın əvvəlində siyasi partiya, QHTvə jurnalistlərin azadlığa buraxılması ilə bağlı əfv sərəncamından sonra Azərbaycanda daha bir müsbət irəliləyişdir” - deyə F.Mogherini bəyanatında qeyd edib.

APA-nın xəbərinə görə, Avropa Birliyi rəsmisi bu addımların uzun zamandır ki, gözlənildiyini qeyd edib:

“Bu addımlar uzun müddətdir gözlənilirdi. Avropa Birliyi ümid edir ki, yeni həbs olunmuşların, siyasi səbəbdən ölkədən çıxmasına qadağa qoyulmuş şəxslərin tam azadlığa buraxılması və reabilitasiyası ilə bu addımlar davam edəcək. Bunu BMT-nin, ATƏT-in üzvü olan Azərbaycanın götürdüyü öhdəliklər tələb edir. Azad vətəndaş cəmiyyəti ölkənin rifahı və sabitliyi üçün vacib töhfə yaradır" - F.Mogherini bildirib.

Federika Mogherini fevralın sonu martın əvvəllərində Azərbaycanda səfərdə olmuşdu. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasına qatılan xanım Mogherini prezident İlham Əliyev və bir sıra dövlət rəsmiləri ilə də görüşmüşdü.

21:22 28.3.2016

İntiqam Əliyevin evindən reportaj

İntiqam Əliyev: Həbsxanada çoxlu günahsız insan var
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Davamı

XS
SM
MD
LG