Apple şirkəti vəd edib ki, yenicə satışa çıxarılmış bahalı iPhone X modelinin displeyinin soyuq havada qəfil donması problemini həll edəcək.
Bu, yenilənmiş proqram təminatı halında olacaq.
Forbes yazır ki, bu günlərdə yeni modelin bir sıra istifadəçiləri sosial şəbəkələrdə gileyləniblər ki, havanın temperaturu düşəndə belə bir problem yaşanır. -2 və 5 dərəcə arasında.
Bəzi isfadəçilərsə yazıblar ki, telefonu söndürüb-yandırandan sonra problem həllini tapıb.
Amma belə yazan da var ki, problem təkcə soyuqla yox, həm də telefondakı işıq sensoru və infraqırmızı kamera ilə əlaqəli ola bilər, yəni işıq və temperaturun dəyişməsinin bir yerdə yaratdığı problemdir.
Buna da bax: Poçtalyonların robot köməkçisi (Video)
Amma Apple şirkəti problemin yalnız soyuq hava ilə bağlı olduğunu bildirib.
Şirkət deyir ki, iPhone X 0 dərəcəyəcən tam normal işləyir, daha aşağı temperaturda, xüsusən də kəskin temperatur dəyişikliyi zamanı onun əməliyyat sisteminin sürəti azala, displeyi müvəqqəti dona bilər.
Şirkət bildirir ki, buna baxmayaraq bir neçə saniyədən sonra problem özü-özünə aradan qalxır. Apple tezliklə problemi tam həll edəcəyini söz verir.