Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

İran ABŞ sanksiyalarının bərpasına 1 gün qalmış Avropadan daha 5 təyyarə aldı


ATR-72
ATR-72

İran avqustun 5-də 5 yeni təyyarə alıb.

Bu, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinə 1 gün qalmış baş verir.

AzadlıqRadiosunun İranın rəsmi İRNA agentliyinə istinadla verdiyi məlumata görə, iki mühərrikli ATR72-600 təyyarələrindən yaxın məsafələrə uçuş üçün istifadə edilir.

ATR şirkəti Avropanın “Airbus” və İtaliyanın “Leonardo” konsorsiumuna məxsusdir.

Bu şirkət Fransanın Tuluza şəhərində yerləşir.

Beləliklə “İran Air” şirkəti indiyədək bu konsorsiumdan 13 belə təyyarə alıb.

Sövdələşməyə görə isə İran ümumilikdə bu şirkətdən 20 belə təyyarə almalıdır.

Bu sövdələşmənin dəyəri 536 milyon dollardır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu ilin mayında ölkəsinin birtərəfli qaydada İranla nüvə sazişindən çıxdığını və bu ölkəyə qarşı sanksiyaları bərpa etdiyini bəyan etdi.

Buna da bax:"İranda etirazlar davam edir".

İranla həmin nüvə sazişi 1915-ci ildə əldə edilmişdi.

Həmin sazişə ABŞ-la yanaşı 5 ölkə, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya da imza atıb.

Amma qalan ölkələr sazişə sadiq qalacaqlarını vəd ediblər.

Həmin sazişdən sonra Tehran nüvə proqramını dayandırdı və əvəzində ona qarşı beynəlxalq sanksiyalar qaldırıldı.

Amma ABŞ bu sanksiyaları iki mərhələdə, avqustun 6-ı və noyabrın 4-də bərpa etmək fikrindədir.

XS
SM
MD
LG