Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 14:01

İranda əlkəsmə cəzası davam edir


İranda məhbusun barmaqların kəsilməsi cəzası icra olunan zaman, 24yan2013
İranda məhbusun barmaqların kəsilməsi cəzası icra olunan zaman, 24yan2013

İranın şimal-şərqindəki Məşhəd şəhərinin baş prokuroru soyğunçuluqda ittiham olunan bir şəxsin əlinin kəsildiyini deyib.

“Məhkum kiçik qardaşı ilə əlbir olaraq, təqribən altı il əvvəl, 25 yaşı olanda, bir qızıl dükanını soyub", – deyə ifrat mühafizəkar baş prokuror Gholam Ali Sadeqi bəyan edib.

“Oğrunun əli mərkəzi Məşhəd həbsxanasında ədliyyə departamentinin rəsmiləri və həkimlərin qarşısında kəsilib", – prokuror deyib.

Sadeqi bu addımı "Allahın cəzasının" icrası adlandırıb.

Prokuror Gholam Ali Sadeghi
Prokuror Gholam Ali Sadeghi

3 OĞRUNUN DA ƏLLƏRİ KƏSİLMİŞDİ

Məhkumun cinayəti törədən zaman 22 yaşı olan kiçik qardaşı isə on il həbs və 74 şallaq cəzasına məhkum edilib.

Buna da bax: İran ABŞ-ın neft şirkətləriylə işləməyə hazırdır

“Ədliyyə sistemi təhlükəsizliyi təmin etmək üçün insanların əşyalarını oğurlayanlarla bağlı sərt mövqe tutur", – Sadeqi deyib.

Tanınmış qocaman iranlı hüquqşünas Ahmad Bashiri Azad Avropa/AzadlıqRadiosu-nun fars xidmətinə (Radio Farda) müsahibəsində bildirib ki, İranda hələ də şəriətə uyğun olaraq ətrafların kəsilməsi cəzası mövcuddur.

1979-cu il inqilabından öncə İranda tanınmış hakim olan Bashiri deyir ki, İranda islam cəza məcəlləsi mövcud olduqca ətrafların kəsilməsi cəzası qalacaq.

Buna da bax:​ Azərbaycan Dəmir Yolları İrana yük daşımalarına başlayacaq

Bu hadisədən daha öncə İranın dövlət radio və televiziyası Qum şəhərində üç oğrunun əllərinin kəsildiyi xəbərini yaymışdı.

ABŞ-da yaşayan iranlı hüquqşünas və insan haqları fəalı Mehrangiz Kar bu cəzanı tənqid edib.

İŞGƏNCƏ DEYİL?

Beynəlxalq insan haqları qurumları da dəfələrlə İrandakı amputasiya cəzasını tənqid edərək, onun barbarcasına, beynəlxalq konvensiyalara zidd cəza növü olduğunu bildiriblər.

İşgəncələrə dair ən mühüm beynəlxalq konvensiya olan İşgəncələrə qarşı Beynəlxalq Konvensiyanı imzalayan dövlətlər istənilən şəraitdə işgəncə, qeyri-insani, ləyaqəti alçaldan cəzaların qarşısını almaq öhdəliyi götürürlər.

İranın bu konvensiyanı çoxdan bəri imzalamasına baxmayaraq, ölkədə hüquq sistemi şəriət cəza məcəlləsinə əsaslandığından ətrafların kəsilməsi işgəncə kimi qəbul edilmir.

Buna da bax:​ İranın əsl xarici işlər naziri kimdir

Bəzi hallarda iranlı diplomatlar islam cəza sistemini məcburən müdafiə edirlər.

2008-ci ildə İranın İspaniyadakı səfiri Davoud Salehi İranda ətrafların kəsilməsi cəzasını müdafiə edərək belə demişdi:

“Bizim qanunlarımız oğurluğa görə əllərin kəsilməsinə icazə verir. Qərb bunu qəbul etmir, ancaq insan hüquqları sahəsi adətləri, ənənələri, dini və iqtisadi inkişafı da nəzərə almalıdır".

ÖZÜNÜ ALLAHLA MÜQAYİSƏ EDƏN PROKUROR

Bununla yanaşı, İranda bəzi hakimlər islam cəza sistemini görməzdən gəlməyə üstünlük verirlər. Onlar soyğunçuları əllərin kəsilməsi cəzasına məhkum etmirlər.

Ancaq ifrat mühafizəkar hakimlər Allahın iradəsi kimi təqdim olunan cəzaların verilməsində israrlıdırlar.

Sadeqi kimi ifrat mühafizəkar prokurorlarsa özlərini Allahla müqayisə edəcək qədər uzağa gedirlər.

“Bir dostum mənim niyə hər şeylə məşğul olduğumu soruşdu. Ona görə mən vurğulamaq istəyirəm ki, baş prokurorun səlahiyyətləri Allah Təaladan, sadəcə, barmağın ucu qədər aşağıdır", – deyə prokuror bu ay bəyan edib.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

BARMAQKƏSƏN MAŞIN

Dörd il bundan öncə İran dünyada ilk dəfə oğurluqda suçlanan şəxslərin cəzalandırılması üçün barmaqkəsən maşın tətbiq etməyə başlayıb. O zaman yeni icad edilmiş maşının görüntüləri sosial mediada geniş yayılmışdı.

Yuxarıdakı görüntülərdə məhbusun barmaqların kəsilməsi əks olunmuşdu. ISNA agentliyi həmin şəxsin Şirazda soyğunçuluğa görə həbs edildiyini bildirirdi.

Görüntülərdə üzləri maska ilə örtülmüş üç qərar icraçısı gözləri qara parça ilə bağlanmış kişini barmaqkəsən maşına yaxınlaşdırır. İki qərar icraçısı onun qollarını tutur, üçüncüsü isə onun əlini maşına yaxınlaşdırır.

Buna da bax: Bakı-Tbilisi-Qars-ın oktyabrda açılacağı deyilir

İranda ədliyyə sisteminin rəhbərini birbaşa ali dini lider Ayatollah Ali Khamenei təyin edir və yalnız ona hesabat verir.

İranda prokurorların səlahiyyətləri çox genişdir. Onlar vətəndaşları cəzalandırmaqdan başqa, həm də dövlətin tədbirlərini, qərar və planlarını bloklaya bilərlər.

XS
SM
MD
LG