Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

İran dollar alverinə icazə verir


Dollar və rial
Dollar və rial

Bundan bir gün əvvəl Tehran və bir çox başqa şəhərlərdə tacir və dükan sahiblərinin geniş etirazı olmuşdu.

İranın Mərkəızi Bankı lisenziyası olan qurumlara xarici valyutanın alqı-satqı əməliyyatlarını bərpa etmək icazəsi verib.

Bu barədə məlumatı İran mediasına istinadən Associated Press agentliyi verir.

Bundan bir gün əvvəl Tehran və bir çox başqa şəhərlərdə tacir və dükan sahiblərinin geniş etirazı olmuşdu.

Onlar ölkənin milli valyutası rialın rekord həddə ucuzlaşmasına və iqtisadi vəziyyətin daha da pisləşməsinə etiraz edirdilər.

İran 2018-ci ildən bütün fərdi şəxslərin və özəl qurumların valyuta mübadiləsi ilə məşğul olmasını qadağan etmişdi.

Mübadilə büroları yalnız hökumət icazəsi olan idxalçı və ixracatçılarla işləyə bilirdilər.

Ötən bazar günü Tehranda onlarla mağazanın sahibi dükanlarını bağlayaraq etiraz yürüşünə çıxmışdı.

Onlar həm də ölkədə yeni tətbiq edilən vergi sisteminə etiraz edirdilər.

AP yazır ki, polis yürüş keçirilən ərazidə olsa da aksiyaya müdaxilə etməyib.

Bundan başqa polis “saxta tələbat” yaratdıqlarına görə 31 valyuta və qızıl alverçisini saxlamışdı.

Hökumətin məqsədi

Mərkəzi Bankın xarici valyutanın sərbəst mübadiləsinə icazə verməsi milli valyutanın məzənnəsinin sabitləşdirilməsi məqsədini güdür.

Hökumət inanır ki, bu tədbir dollar üçün onun təyin etdiyi məzənnə ilə qara bazar məzənnəsi arasındakı 15 faizlik fərqi aradan qaldıracaq.

İranda iyunun 16-da 1 dolların qiyməti 319 min rial idi. Amma ötən bazar məzənnə 332 min riala düşmüşdü.

İran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişini imzalayanda 1 dollar 32 min riala idi.

Lakin ABŞ 2018-ci ildə bu sazişdən çıxdıqdan sonra Tehran üzərinə Amerika sanksiyaları bərpa olunub.

Bu sanksiyalar hələ də qüvvədədir.

XS
SM
MD
LG