Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:09

İran bir nəfəri casusluğa görə edama məhkum etdiyini bildirir


Tehrandakı Evin həbsxanası
Tehrandakı Evin həbsxanası

İran məhkəmələri Birləşmiş Ştatlara və Britaniyaya casusluqda ittiham edilən üç nəfəri məhkum edib.

Onlardan biri ölüm cəzasına məhkum edilib.

İran ədliyyəsinin sözçüsü Gholamhossein Esmaili oktyabrın 1-də keçirilən mətbuat konfransında deyib ki, “ötən həftə inqilab məhkəməsi Amerika kəşfiyyatına casusluq edən bir nəfəri edam cəzasına məhkum edib”.

Esmaili deyib ki, bu adamın adı Ali Məhkəmə onun apellyasiya şikayətinə baxanadək açıqlanmayacaq.

O əlavə edib ki, ABŞ Mərkəzi Kışfiyyat İdarəsinə (MKİ) işləməkdə təqsirli bilinən Ali Nafariyeh və Mohammadali Babapour hərəsi 10 il müddətinə azadlqıdan məhrum edilib.

Ötən iyul ayında İran 17 nəfərin MKİ-yə casusluq şübhəsi ilə həbs olunduğunu bəyan etmişdi. Sözü gedən üç nəfərin bunlardan olub-olmadığı məlum deyil.

Prezident Trump İranın MKİ-nin casus şəbəkəsini ifşa etdiyinə dair bəyanatını rədd etmişdi.

Esmaili habelə İran-Britaniya antropoloqu Kameel Ahmady-nin xarici kəşfiyyatla əlqələrdə şübhəli kimi həbs olunduğunu təsdiq edib.

İrandakı son məhkəmə prosesləri Tehranla Qərb arasında münasibətlərin gərgin vaxtına təsadüf edir.

Sentyabrın 17-də Tehran bildirmişdi ki, üç avstraliyalını casusluq şübhəlisi kimi saxlayıb.

İran habelə Britaniya-İran vətəndaşı Nazanin Zaghari-Ratcliffe də daxil ikili vətəndaşlığı olan bir neçə nəfəri həbsdə saxlayır.

XS
SM
MD
LG