Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:07

Ekspert: 'Əgər sülhməramlılara yanacaq lazımdırsa, onu biz də sata bilərik'


Gorus yolundan görüntülər: Erməni deputatlar cavab tələb edir
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Gorus yolundan görüntülər: Erməni deputatlar cavab tələb edir

Azərbaycan İranın Qarabağa yük göndərməsini əsas gətirib bir ay əvvəl, avqustun 11-də  bu ölkəyə nota vermişdi

İran, Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərinə hansı yükləri göndərir? Bu barədə rəsmi açıqlama yoxdur, amma Azərbaycanın kalibr.az saytı yazır ki, bu maşınların böyük hissəsi benzin daşıyırmış.

Sayt yazır ki, iyulun 11-dən avqustun 8-ə qədər Laçın dəhlizindən 35 İran nömrəli maşın keçib və bunun 31-i benzinlə dolu maşın olub.

Azərbaycan müdafiə nazirliyi AzadlıqRadiosunun bu haqda sorğusuna cavabında bildirib ki, onların yüklərinin nədən ibarət olması barədə məlumat yoxdur.

Azərbaycanla İran arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

"İran beynəlxalq qanunu pozur"

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə AzadlıqRadiosuna müsahibəsində deyir ki, bütün hallarda İran beynəlxalq qanunvericiliyi pozur.

“Əgər sülhməramlılara yanacaq lazımdırsa, onu biz də sata bilərik. İran bunu etməklə beynəlxalq qanunları pozur”.

Azərbaycan İranın Qarabağa yük göndərməsini əsas gətirib bir ay əvvəl, avqustun 11-də bu ölkəyə nota vermişdi. Həmin vaxt Bakıdakı İran səfirliyi belə bir iddianın əsası olmadığını bildirmişdi.

Dünən sentyabrın 12-dən etibarən isə Azərbaycan tərəfi, Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində -Ermənistanın Vorotan kəndi yaxınlığında-İran nömrəli yük maşınlarını dayandırmağa başlayıb. Bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Keçənilki müharibədən sonra Ermənistanın Gorus və Qafan rayonlarını birləşdirən əsas yolun 21 km-i Azərbaycan ərazisindən keçir, bu yolla İrandan gələn avtomobillər Ermənistanın Qafan rayonuna, ordan da Laçın koridoru ilə sülhməramlıların nəzarətində olan ərazilərə keçə bilər.

İranı narahat edən amil

Azərbaycan tərəfi avqustun 11-də İrana nota versə də, bu dəfə, sentyabrın 12-də üzünü Rusiyaya tutub və rəsmi Moskvaya ünvanladığı məktubda bildirib ki, 10 noyabr bəyanatına görə, Azərbaycanın razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz.

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, müharibədən sonra İranla Azərbaycanın münasibətlərinin gərginləşdiyi hiss olunur:

“O da məlumdur ki, 1-ci Qarabağ müharibəsi dövründə də Ermənistanı yanacaqla təmin edən ölkə məhz İran idi. Türkiyə və Azərbaycan Orduları arasında hərbi təlimlərin intensivləşdiyini müşahidə edirik. Yəni, iki ölkə siyasi və iqtisadi əlaqələri ilə bərabər hərbi əməkdaşlıq da yeni bir səviyyəyə yüksəlib. İran da təbii ki, bu proseslərdən narahatdır”.

Şahin Cəfərli deyir ki,İranı narahat edə başqa bir amil də Azərbaycanın İsraillə yaxınlaşmasıdır.

Ermənistan mediası artıq İran maşınlarından yol vergisi tutulduğunu yazır. Azərbaycanın Dövlət Gömrük Komitəsi bu gün yaydığı açıqlamada bildirib ki, Azərbaycan ərazisindən istifadə edən xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

İran Ermənistanın əsas xarici ticarət tərəfdaşlarındandır. Ermənistanın xarici ölkələrlə ticarətində İranın payı 40 faizə qədərdir.

XS
SM
MD
LG