Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 11:24

İran sürücüləri Ermənistandakı yeni yoldan narazıdırlar


Ermənistandan Azərbaycana yeni təklif var
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Ermənistandan Azərbaycana yeni təklif var

Azatutyunun çəkilişi zamanı hətta yük maşınlarından biri az qala aşacaqmış

İran sürücüləri Ermənistanda Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilmiş Tatev-Aqvan yolunun yük maşınlarının keçməsi üçün çox dar olmasından şikayətlənirlər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunla söhbət zamanı sürücülər deyiblər ki, yeni yoldan istifadə etməyə məcbur olublar, beləki əvvəllər istifadə etdikləri Gorus-Qafan yolunda Azərbaycan tərəfi polis postu qurub və onları rüsum şəklində 130 dollar ödəməyə məcbur edirlər.

Baş nazir Nikol Paşinyan da daxil, Ermənistan rəsmilərinin Tatev-Aqvan yolunun bütün növdən olan avtomobillərin istifadəsi üçün münasib olduğunu bəyan etməsinə baxmayaraq Azatutyunun çəkdiyi videoda böyük yük maşınlarının bəzi yerlərdən çətinliklə keçdiyi görünür.

Azatutyunun çəkilişi zamanı hətta yük maşınlarından biri az qala aşacaqmış.

Gorus-Qafan yolu İran maşınları üçün açıqdır?

İran sürücülərindən biri bu yoldan çarəsizlikdən istifadə etdiklərini bildirib:

“Biz hazırda tikintisi tam başa çatmamaış yeni yoldan istifadə edirik. Yol çox dardır. Azərbaycandan keçən yoldan istifadə etmək istəmirik, çünki pul ödəmək istəmirik. Amma yeni yolda da problem çıxarsa, sürücülərə kömək göstərilməsi imkanı yoxdur”.

Azatutyun bildirir ki, Sünik vilayətindən keçən Gorus-Qafan yolu noyabrın 11-dən bağlıdır. Bu onunla əlaqədardır ki, Azərbaycan tərəfi onun ərazisindən keçən iki sektorda yoxlama-buraxılış məntəqələri qurur.

Ermənistan sərhədçiləri isə noyabrın 11-dən Ermənistan vətəndaşlarının bu yoldan keçməsinə qadağan qoyublar.

Azatutyunun məlumatına görə İran maşınları Gorus-Qafan yolu ilə hərəkət edə bilirlər.

Azatutyun xatırladır ki, əvvəllər erməni sürücülər bu yoldan Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhədçilərinin müşayiəti ilə keçirdilər.

XS
SM
MD
LG