Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:56

İranda etirazçıya ilk edam hökmü çıxarılıb


Tehrandakı etiraz aksiyalarından biri
Tehrandakı etiraz aksiyalarından biri

Məhkəmənin hökmü “Allaha qarşı müharibə” maddəsi ilə çıxarılıb və bu maddə əksər hallarda edam cəzası nəzərdə tutur

İranda məhkəmə etiraz iştirakçılarından biri barədə ilk dəfə olaraq edam hökmü çıxarıb.

O Tehranda hökumət binalarından birini yandırmaqda ittiham edilirdi.

Bu barədə məlumatı İran İnqilab Məhkəməsinə istinadla Mizan agentliyi yayıb.

Məhkəmənin hökmü “Allaha qarşı müharibə” maddəsi ilə çıxarılıb və bu maddə əksər hallarda edam cəzası nəzərdə tutur.

Müttəhimə qarşı qarşı daha iki ittiham irəli sürülmüşdü və bunlar da “terror” maddələri hesab olunur.

İnqilab məhkəməsinin daha iki şöbəsi 5 etirazçıya 5 ildən 10 ilədək iş kəsib.

Onlar “İranın mülli təhlükəsizliyinə qarşı cinayət məqsədi ilə təşkilatlanmaqda və sövdələşmədə” ittiham edilirdilər.

Bu da qeyd olunur ki, hökmlərdən apellyasiya şikayətləri verilə bilər.

Etirazlar bir qədər səngisə də

Gənc qadın Məhsa Əmininin polisdə vəfatına etiraz olaraq başlanan aksiyaların gedişində uşaqlar da daxil minlərlə insan həbs edilib.

Bunlardan bəzilərinə qarşı da “Allaha müharibə” ittihamı irəli sürülüb.

İnsan haqları qruplarının məlumatına görə etirazlar başlanandan bəri 43 azyaşlı da daxil azı 326 nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

İran hakimiyyətinin məlumatına görə təhlükəsizlik qüvvələrinin 40-dan çox əməkdaşı da həlak olub.

Uşaqlara Makronu ələ salan mahnı oxutdurmaq... Qanunlar nə deyir?
Gözlə

No media source currently available

0:00 0:06:37 0:00

Xəbər verilir ki, noyabrın əvvəllərindən etiraz aksiyaları bir qədər səngiyib.

Buna baxmayaraq ölkənin müxtəlif yerlərində etirazlar vaxtaşırı güclənir.

İranlılar polis zorakılığına və İran hakimiyyətinin fərqli düşüncə üzərinə qəddar hücumlarına etiraz edirlər.

Etirazlar başlananda qadınlar hicablarını açır, onları yandırır və saçlarını kəsirdilər.

Bunun ardınca aksiyalarda “Diktatora ölüm!”, “Məhv olsun Xameneyi!” kimi şüarlar səsləndirilməyə başlanmışdı.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Rəisi prezident olandan vəziyyət kəskin pisləşib

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi etirazların qızışdırlmasında “Amerikanı, sionist rejimini və onların agentlərini” ittiham edir.

O iddia edib ki, “İranın düşmənləri” etiraz qızışdırmaq üçün Məhsa Əmininin ölümündən sui-istifadə ediblər.

İran qanunlarına görə qadınlar üçün baş örtüyü və hicab icbaridir. Bu qaydaya əməl olunmasına qadın və kişi xəfiyyələrdən ibarət “əxlaq polisi” nəzarət edir.

Paşinyan: "Azərbaycan Laçın dəhlizini bağlamaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

İranın keçmiş prezidenti Həsən Ruhani əxlaq polisini aşırı qəddarlıqda ittiham etmişdi.

2017-ci ildə isə polis bildirmişdi hicab qaydasını pozan qadınları həbs etməyəcəklər.

Lakin 2021-ci ilin avqustunda mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra vəziyyət yenə də pisləşib.

BMT-nin İnsan Haqları Komissarlığı bildirir ki, əxlaq polisi gənc qadınları təhqir edir, şillələyir, dəyənəklə döyür və hicab qaydasını pozan qadınlar polisə aparılır.

XS
SM
MD
LG