Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:56

İranlılar evlərinin damında, pəncərələrdə etiraz edir


Kərəc Mərkəzi Həbsxanası
Kərəc Mərkəzi Həbsxanası

İranda Məhsa Əmininin ölümündən sonra başlanmış etirazlar dördüncü aya keçir, etirazçılar nümayişlərin yeni cəbhəsini açıblar.

Sosial mediada yayılan xəbərlərə görə, Tehranın bir sıra məhəllələrində adamlar küçələrə çıxmaq əvəzinə binalardan etiraz səslərini ucaldır, hökumət əleyhinə şüarlar səsləndirirlər. İranın şimal-şərqi Məşhəd və qərbi Kirmanşah şəhərlərində isə küçə etirazlarının davam etməsi xəbərləri gəlir.

Bir saata yaxın davam edən zorakılıq

İranın şimalındakı Mazandaran vilayətinin ədliyyə başçısı dekabrın 18-də Qaem Şəhr həbsxanasında münaqişə olduğunu təsdiqləyib.

İslam İnqilab Keşikçiləri Korpusuna bağlı “Tasnim” xəbər agentliyinin məlumatına görə, Məhəmməd Sadiq Əkbəri deyib ki, zorakılıq bir saata yaxın çəkib, həbsxana nəzarətçilərinin müdaxiləsindən sonra dayanıb.

Əkbəri insident zamanı ölən, yaxud xəsarət alan olduğunu deməyib.

Bəzi sosial media postlarında həbsxanadakı münaqişənin ağır olduğu, yanğınsöndürən, təcili yardım, mülkigeyimli qüvvələrin cəlb olunduğu vurğulanıb.

Kərəc həbsxanasında qiyam

Bundan öncə Kərəc Mərkəzi Həbsxanasında qiyamla bağlı xəbərlər yayılmışdı. Həmin həbsxanada son iğtişaşlarda həbs olunan etirazçılar saxlanır.

İran İnsan Haqları təşkilatı dekabrın 18-də bildirib ki, “ölümə məhkum edilmiş məhbus” hökmün icrası üçün təkadamlıq kameraya köçürüləndən sonra 4-cü kameradakı məhbuslar qiyama qalxıblar, girişləri bağlayıb, “Xameneyiyə ölüm”, “İslam Respublikasına ölüm” şüarları səsləndiriblər.

Yarırəsmi ISNA xəbər agentliyi həmin toqquşmalarda bir məhbusun öldüyünü təsdiqləyib.

İran sərhədinin bağlı olması mandarin bağlarına da təsir edib
Gözlə

No media source currently available

0:00 0:04:41 0:00

Həbsxana qiyamları

Əmini sentyabrın 16-da polis nəzarətində öləndən sonra müxtəlif həbsxanalarda qiyamlar olması haqda xəbərlər yayılıb. Gənc qadının guya hicabı düzgün bağlamadığına görə saxlandığı, bu zaman döyüldüyü deyilir.

Ədliyyə orqanları həbsxana qiyamlarında neçə nəfərin ölməsi, xəsarət alması haqda dəqiq informasiya açıqlamayıb.

Dekabrın 19-da başlanan yeni etirazların ayın 21-dək davam edəcəyi deyilir. Bu etirazlar 1979-cu il islam inqilabından bəri teokratik rejimə ən böyük təhdidlərdən birinə səbəb olub.

Nümayişçilərə qanlı divan tutulub, minlərlə etirazçı, o cümlədən jurnalist, vəkil, fəal saxlanıb.

Deputatlar etirazçılara daha sərt reaksiya, daha ağır cəzalar, ölüm cəzası kəsilməsini tələb edirlər.

Artıq iki ictimai edamın həyata keçirildiyi bildirilir. İnsan haqları qrupları ölüm cəzası kəsilənlərin sayının az olmadığını xəbər verir.

XS
SM
MD
LG