Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:40

İranda hicaba etiraz edən fəal həbs olunub


Suri Babayi Çegini
Suri Babayi Çegini

İranda qadınlar üçün ictimai yerlərdə hicabi məcburi edən qanuna etiraz edən fəal Suri Babayi Çegini iyulun 13-də Qəzvin şəhərində həbs edilib

İranda qadınlar üçün ictimai yerlərdə hicabi məcburi edən qanuna etiraz edən fəal Suri Babayi Çegini iyulun 13-də Qəzvin şəhərində həbs edilib.

Fəalın əri Məhəmməd Rza Muradbəhruziyə istinad edən sosial media istifadəçiləri Babayinin qardaşının mənzilinə 8 hökumət xəfiyyəsinin reyd keçirdiyini yazırlar. Fəalın qardaşının da həbs olunduğu xəbər verilir.

Onların, habelə uşaqlarının mobil telefonları müsadirə edilıib.

Bəzi məlumatlara görə xəfiyyələr fəalın 13 yaşlı qızını hədələyiblər.

Babayi iyulun 12-də “Məcburi hicaba yox” kampaniyasına dəstək olaraq öz videosunu yaymışdı.

O bu videoda deyir ki, baş örtüyünü qəbul etmək İslam qanunları altında qadınlara qarşı edilən “ədalətsizlikləri” qəbul etmək deməkdir.

İyulun 5-də prezident İbrahim Rəisinin hicab qanunun tətbiqinə dair verdiyi sərəncam qadınların geyim məcəlləsini dəha da sərtləşdirib.

Buna cavab olaraq fəallar sosial mediada #no2hijab heşteqi ilə kampaniyaya başlayıblar.

Onlar hicab qanununu zorla tətbiq edən şirkətlərin boykotuna çağırırlar.

İyulun 12-də, İranda rəsmi Milli Hicab və Bakirəlik Günündə qadın hüquqları fəalları etiraz videolarını yayıblar.

Bu videolarda qadınlar baş örtüklərini açırlar.

Babayi bundan əvvəl də antihicab təbliğatı ilə bağlı prokurorluğa çağırılıb.

Onun əri də bundan əvvəl “İslam Respublikası liderini təhqir” ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

O bundan başqa “ictimai rəyi çaşdıran saxta məlumatlar yaydığına” görə 100 milyon İran rialı (312 dollar) cərimə ödəməli olub.

İranda hicab 1979-cu il İslam İnqilabından sonra qadınlar və 9 yaşından böyük qızlar üçün məcburidir.

Buna baxmayaraq İranda bir çox qadınlar hicab qaydasına etinasızlıq nümayiş etdirirlər.

XS
SM
MD
LG