Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:27

İran ABŞ hərbi gəmilərinə qarşı ‘təhlükəli hərəkətlər’ edib (VIDEO)


ABŞ hərbi dəniz donanması bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) məxsus 11 kater Fars körfəzində Amerika gəmilərinə qarşı “təhlükəli və qısnayıcı yanalma” hərəkətlərinə yol verib.

Aprelin 15-də hadisə baş verərkən ABŞ gəmiləri beynəlxalq sularda hərbi təlim keçirirdi.

Bu barədə məlumat ABŞ hərbi dəniz qüvvələrinin 5-ci Donanmasının Twitter hesabında verilib.

İİKK-nin katerlərindən ikisi ABŞ gəmilərinin 10 və 50 metrliyinədək yaxınlaşıb.

Xəbər verilir ki, ABŞ gəmiləri “toqquşmanın qarşısını almaq üçün müvafiq hərəkətləri” yerinə yetirib.

ABŞ donanması bildirir ki, İİKK katerləri “təhlükəli və qeyri-peşəkar manevrlər” edib.

Donanma bunu da qeyd edir ki, insident zamanı xəsarət alan olmasa da, İİKK katerlərinin hərəkətləri “beynəlxalq dəniz qaydalarını” pozub.

ABŞ-ın Bəhreyndə bazalanan 5-ci Donanması habelə sözü gedən hadisənin fotolarını paylaşıb.

Bu fotolarda İran hərbi katerlərinin ABŞ-ın Lewis B. Puller gəmisinə yaxınlaşdığı görünür.

Bu hadisədən bir gün əvvəl naməlum şəxslər Hörmüz boğazında bir neft tankerinə soxulmuşdular.

Birləşmiş Krallıq Dəniz Ticarəti Təşkilatı aprelin 14-də bildirmişdi ki, naməlum şəxslər gəmiyə Oman dənizinin İran sahillərində basqın ediblər.

Özəl dənizçilik kəşfiyyatı firması Dryad Global bildırmişdi ki, hücuma Honq Konq bayrağı altında üzən SC Taipei gəmisi məruz qalıb.

XS
SM
MD
LG