Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:41

İranda məşhur müğənninin konsertinə icazə verilməyib


Əlirza Qurbaninin ötən yay Tehranda keçirilmiş konserti
Əlirza Qurbaninin ötən yay Tehranda keçirilmiş konserti

İranda İsfahan şəhərinin hakimiyyət orqanları tanınmış müğənni Əlirza Qurbaninin konsertlərinə icazə verməkdən imtina edib.

Buna səbəb olaraq şouda qadın musiqiçilərin iştirakı göstərilib.

Oktyabrın 16-da yazdığı Instagram postunda müğənni komandasının böyük zəhmətləri hesabına hazırlanan konsertlərə icazə verilməməsindən hiddətləndiyini bildirib.

Musiqi müxbiri Bəhmən Babazadə X platformasında yazdığı postda qeyd edir ki, Qurbaninin konsertinə icazə verilməməsi ansambllarda qadın musiqiçilərə qoyulmuş rəsmi məhdudiyyətlə bağlıdır.

Beləliklə də Qurbaninin 7 gecə üçün elan edilmiş konsertləri ləğv olunub.

Qadın musiqiçilərə əngəllər

Babazadə bunu da bildirir ki, qadın musiqiçilərə məhdudiyyətlər ölkənin başqa vilayətlərində də tətbiq olunur.

Xəbərdə deyilir ki, ümumiyyətlə İranda son vaxtlar bir sıra məfədniyyət tədbirləri və konsertlər üçün yaradılan maneələr artıb.

1979-cu il inqilabından sonra İranda qadın müğənnilərin oxuması qəti qadağan edilib, qadın musiqiçiıərə isə sərt məhdudiyyətlər qoyulub.

Əlirza Qurbani Azərbaycan auditoriyasına görkəmli xanəndə Alim Qasımovla iki dildə birgə oxuduğu “Nədən-nədən” (farsca Çera-çera-red) mahnısı ilə tanışdır.

İran beynəlxalq aləmdə, xüsusilə də 22 yaşlı Məhsa Əmininin polisdə ölməsindən sonra qadın haqlarının vəziyyətinə görə sərt tənqid olunur.

Ötən ilin sentyabrında Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib.

Hökumət buna etiraz olaraq küçələrə çıxanlara qanlı divan tutub, yüzlərlə insan həlak olub.

XS
SM
MD
LG