Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:45

İranla nüvə razılaşması ‘üfüqdə görünür’


Vyana danışıqları, arxiv fotosu
Vyana danışıqları, arxiv fotosu

Birləşmiş Ştatlar son fazada danışıqlarda birbaşa iştirak istəsə də, Tehranın xahişilə ilə dolayısı təmaslar qüvvədə qalır

Vyanada Birləşmiş Ştatlar və İran arasında nüvə sazişi üzrə vasitəçiliklə keçirilən danışıqların başlandığı xəbər verilir. Rəsmilər razılaşmanın “üfüqdə göründüyünü” deyirlər.

Britaniya, Çin, Fransa, Almaniya, İran və Rusiya arasında, Birləşmiş Ştatların dolayısı ilə qatıldığı danışıqlar yanvarın 28-də dayanmışdı, diplomatlar məsləhətləşmələr üçün paytaxt şəhərlərə qayıtmışdılar.

Proqres olduğu deyilirdi

Daha öncə isə tərəflər 2015-ci il sazişinin dirçəldilməsi üzrə danışıqlarda proqres olduğunu deyirdilər. Sazişin məqsədi İranın atom bombası əldə etməsini önləməkdir. Amma Tehran belə bir niyyəti olmadığını deyir.

Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da öhdəliklərinin icrasını məhdudlaşdırıb.

Tərəflər ötən apreldən Vyanada danışıqların səkkiz raundunu keçiriblər.

ABŞ birbaşa iştirak istəyir

Jurnalistlər Tehranın təmsilçisi Əli Bağırini fevralın 8-də Vyanada danışıqların keçirildiyi otelə girən görüblər. Onun danışıqlara sədrlik edən Avropa İttifaqı rəsmisi Enrike Mora ilə görüşdüyü bildirilir.

Birləşmiş Ştatlar son fazada danışıqlarda birbaşa iştirak istəsə də, Tehranın xahişilə ilə dolayısı təmaslar qüvvədə qalır.

Vaşinqton razılaşmanın mümkün olduğunu bildirir, Tehran atom qabiliyyətini gücləndirdiyindən, sazişin təcili əldə olunmasının vacibliyini vurğulayır.

Tehran isə danışıqlardan öncə xəbərdarlıq edib ki, ABŞ sanksiyalarının qaldırılması sazişin bərpası yolunda “qırmızı xətt”dir.

XS
SM
MD
LG