Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 04:29

İranla nüvə sazişinin B planı


Tehran
Tehran

"İranın nüvə sektorunda əldə etdikləri onun artıq B planını həyata keçirdiyini göstərir"

İranla dünya güclərinin 2015-ci ildə imzaladığı nüvə sazişi üzrə danışıqlar iflas edərsə, 2022-ci ildə Tehranla Vaşinqton arasında gərginlik qızışa bilər. AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Gülnaz İsfəndiyari yazır ki, təhlilçilər danışıqlarda hələ də razılaşma əldə olunacağına inanırlar. Amma ABŞ və Avropa İttifaqı ölkələri Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan sazişi xilas ütmək üçün yalnız bir neçə “həftə”nin qalması haqda xəbərdarlıq edirlər.

Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırmaqı əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. 2018-ci ildə ABŞ-ın ozamankı prezidenti Donald Tramp sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa elədi.

Bir il sonra Tehran da nüvə fəaliyyətini gücləndirməyə başladı. Son aylar ölkə uranı 60 faizə qədər zənginləşdirib. Bu isə İranın nüvə proqramı üçün görünməmiş səviyyədir. Bunu BMT-nin nüvə agentliyinin rəhbəri Rafael Qrossi deyib.

Seçim

Prezident Co Bayden Tehranın öhdəliklərinə əməl edəcəyi halda sazişə yenidən qayıtmağı vəd edib. Hazırda Birləşmiş Ştatlar Vyanada keçirilən nüvə danışıqlarında birbaşa iştirak etmir və Tehranın sazişə qayıtmaq tələblərini “qeyri-real” adlandırır. Müşahidəçilər isə bu halda B planının nə ola biləcəyini haqda düşünürlər.

Danışıqlar beş aylıq fasilədən sonra noyabrın sonunda başlanıb. İranda sərt xətt tərəfdarı İbrahim Rəisi prezident seçiləndən sonra Tehran yanaşmasını sərtləşdirib. Rəisinin nüvə danışıqlarında əsas təmsilçisi Əli Bağiri-Kani prezidentin sazişlə bağlı tənqidi mövqeyini paylaşır. O, danışıqların əvvəlki altı raundunda əldə olunmuş kompromislərdən geri çəkilərək sanksiyaların hamısını, nüvə sazişinə bağlı olmayanları belə qaldırmağa çağırıb. İran həmçinin gələcək ABŞ administrasiyalarının sazişdən çıxmayacağına zəmanət istəyir.

Bütün çətinliklərə baxmayaraq, Qərb ölkələri nüvə sazişinin böhranı önləmək üçün ən yaxşı seçim olmasına inanırlar. Amma Birləşmiş Ştatlar imkan pəncərəsinin getdikcə qapanması haqda xəbərdarlıq edir. Müşahidəçilərin fikrincə, Tehran tezliklə alternativ yanaşmalarla üzləşə bilər, aralıq sazişlə bağlı təzyiqdən tutmuş, hətta hərbi hücuma qədər.

İranın B planı

Beynəlxalq Böhran qrupunun İran layihəsinin direktoru Əli Vaiz deyir ki, 2015-ci il sazişinə qarşılıqlı əməl olunması üçün hələ də “dar cığır” qalmaqdadır, hər iki tərəfdən çeviklik, Tehrandan praqmatik yanaşma tələb olunur.

“Yəqin, İranın danışıqlarda yeni təmsilçisi sələfinin razılaşdırdığı şərtlərin real olduğunu, heç də xüsusi həvəs və sadəlövhlük nəticəsi olmadığın anlayıb”, – Vaiz radioya deyib.

“İranın nüvə sektorunda əldə etdikləri onun artıq B planını həyata keçirdiyini göstərir. İndi məsələ ondadır ki, o, sazişin bərpasını nəzərdə tutan A planına ciddi yanaşır, ya yox. Dünya bir neçə həftəyə bunun cavabını biləcək”, – Vaiz vurğulayıb.

ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, ölkəsi sazişin iflas edəcəyi halda “alternativlər” hazırlayır.

“Bu gün, bu saat, diplomatiyanı davam etdiririk, çünki hazırda ən yaxşı seçim budur, amma müttəfiqlər və tərəfdaşlarla alternativlər üzərində də fəal işləyirik”, – Blinken dekabrın 14-də deyib, amma detallara varmayıb.

Ekspertlər isə nüvə sazişinə alternativləri cəlbedici saymırlar.

Yaxşı görünməyən alternativlər

“Alternativlərin heç biri yaxşı deyil, Qərb də bu səbəbdən sazişi dirçəltməyə çalışır. Amma İran seçimin çoxluğuna imkan vermir”, – Vaşinqtondakı Avrasiya Qrupundan İran üzrə aparıcı təhlilçi Henri Roum radioya bildirib.

“Daha çox ehtimal olunan sazişin iflası ssenarisi daha bir il eskalasiya, İranın nüvə proqramında irəliləməsi, Amerika və Avropanın iqtisadi sanksiyaları deməkdir. İsrail və Amerika hərbi təhdidlər səsləndirə, xalq etirazları ola, İranda iqtisadi durğunluq davam edə bilər”, – o, sözlərinə əlavə edib.

“Danışıqlarda irəliləyiş olmasa, İran da nüvə fəaliyyətini yavaşıtmasa, Birləşmiş Ştatlar təzyiqi artıra, daha çox təzyiq yanaşması seçə bilər”, – Vaiz belə deyir.

Təzyiq yanaşması isə ABŞ-ın İranın Çinə neft ixracını dayandırmağa çalışması ola bilər. Sanksiyalara baxmayaraq İran satışı davam etdirib. İranın neft satışı ölkənin gəlirlərinin əsas mənbəyini təşkil edir.

Kpler şirkətinin məlumatına görə, noyabrda neft satışı 18 milyon barrelə qədər artıb. Bu, Tehran iqtisadiyyatının sanksiyalara duruş gətirməsinə kömək edir.

Aralıq sazişi

Aralıq sazişi isə müəyyən iqtisadi yardım əvəzində Tehranın həssas nüvə fəaliyyətini dayandırmasını nəzərdə tuta bilər. Belə bir razılaşma nüvə böhranının qarşısını alar, gələcək saziş üçün zaman və məkan imkanları açar.

Amma təhlilçi Roum Tehranın bu yolla gedəcəyini real saymır.

“Gələn il aralıq sazişin əldə oluna biləcəyinə şübhə edirəm. İran nüvə sazişinin iqtisadi mənfəətini istəmirsə, daha kiçik sazişlə bundan azına razılaşacağı səbəbi aydın deyil”, – o deyir.

Danışıqlar iflas edərsə, sazişin digər tərəfləri – Rusiya, Çin, Fransa, Almaniya və Britaniya BMT-nin Təhlükəsizlik Şurasına İranın sənədə əməl etməməsi haqda bildiriş təqdim edə və beləliklə də beynəlxalq sanksiyalar yenidən işə düşə bilər.

İran mollaları pulsuz prezervativi qadağan etdi
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Hərbi addımlar

Tehranın nüvə obyektlərinə qabaqlayıcı hərbi hücum təhdidləri ilə üzləşə biləcəyi ehtimalı da var. Ekspertlər bu halda İranın nüvə silahı hazırlamasının təxirə düşəcəyini düşünürlər. Tehran nüvə proqramının nüvə silahı hazırlamaq niyyəti güdmədiyini desə də, narahatlıq qalır.

“2012-ci ildən bəri İsrailin hücum riski yüksəkdir, amma belə bir hücum real görünmür və buna son anda əl atıla bilər. İsraillə İran arasında boz münaqişə zonası daha da gərginləşə bilər”, – Roum vurğulayıb.

Son aylar İran rəsmiləri İsraili dəfələrlə bəzi insidentlərə görə ittiham edib. 2020-ci ilin noyabrında ölkənin aparıcı nüvə aliminin qətli də bu insidentlər sırasındadır. Möhsün Fəxrizadənin öldürülməsi İranın nüvə fəaliyyətini sürətləndirməsinə dair qanunvericilik qəbul etməsinə yol açdı. Sonradan Fars körfəzində hücumlara görə də İran qüvvələri ittiham olundu.

Ekspertlərin fikrincə, Tehrana təzyiq artarsa, regionda ədavət də böyüyər.

XS
SM
MD
LG