Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

İranda qadına qarşı ədəbsiz hərəkətin videosu hiddət doğurub


İran iğtişaş polisi etirazçılara qarşı motosikletlərədn istifadə edir
İran iğtişaş polisi etirazçılara qarşı motosikletlərədn istifadə edir

İranda iğtişaş polislərindən birinin qadına nalayiq şəkildə toxunmasını əks etdirən video etirazçılar arasında hiddət doğurub

İranda iğtişaş polislərindən birinin qadına nalayiq şəkildə toxunmasını əks etdirən video etirazçılar arasında hiddət doğurub.

Polis və onun yoldaşları qadını motosikletə oturtmağa çalışırdılar.

Müstəqil şəkildə dəqiqləşdirilməyən videoda bir polis qadının yanbızından tutur və başqa polislər onu motosikletə mindirməyə çalışırlar.

Qadın olduğunuz üçün ayrı-seçkiliyə məruz qalmısızmı?
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Qadın bu hücuma müqavimət göstərdikdən sonra yerə yıxılır, polislər isə hadisə yerindən uzaqlaşırlar.

Videonun artıq iki gündür ki, sosial mediada dövr etməsinə baxmayaraq hakimiyyət orqanları hadisəni şərh etməyib.

İranda antihökumət etirazları sentaybrın 16-dan başlanıb.

Həmin gün gənc qadın Məhsa Əmini deyildiyinə görə hicab qaydasını pozması ilə bağlı polis məntəqəsinə aparılmış və orada vəfat etmişdi.

O vaxtdan başlanan etiraz aksiyalarının ön cərgələrində olan İran qadınları hicablarını açır, saçlarını kəsir və polisə itaətsizlik göstərirlər.

“Köklü-köməcli ağac” kimi

Oktyabrın 13-də İranın kürdlər yaşayan regionlarını monitorinq edən Kürdüstan İnsan Haqları Şəbəkəsi Sənandaj, Mərivan, Elam və Saqqız şəhərlərində azı 19 etirazçının həbs olunduğunu bildirib.

Qrup daha 37 etirazçının müxtəlif şəhərlərdə xəsarət aldığını xəbər verir.

İran Uşaq Haqlarının Müdafiəsi Cəmiyyəti bildirir ki, təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı hərəkətləri nəticəsində azı 28 uşaq ölüb.

İranda etirazlar yenə alovlandı, ölənlərin sayı 185-ı keçdi
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Oktyabrın 14-də İranın ali rəhbəri ayətüllah Əli Xameneyi etirazçıalrı bir daha pisləyib və İslam Respublikasını “köklü-köməcli ağaca” bənzədib:

"İslam Respublikası köklü-köməcli ağaca çevrilib və kimsə onun kəsilməsini ağlına belə gətirməməlidir”.

Ayətüllah Xameneyinin, prezident İbrahim Rəisi və başqa rəsmilərin dəfələrlə səslənən hədə və xəbərdarlıqlarına baxmayaraq İranda hökumətə qarşı etirazlar səngimək bilmir.

Hicab davası davam edir

Tehranın mərkəzində İranın məşhur qadınlarının fotolarından ibarət böyük reklam stendi qurulduqdan az sonra yığışdırılıb.

Bu reklam lövhəsində qadınların hicablı fotoları yerləşdirilmişdi.

Sosial media istifadəçiləri bildirirlər ki, lövhə oktyabrın 13-də açılsa da, 14-də üzəri ağ boya ilə rənglənib.

Bundan sonra ağ lövhədə yalnız şüar: “Mənim İranımın qadınları” cümləsi qalıb.

Fars xəbər agentliyi bildirir ki, lövhədə şəkilləri olan bir sıra idmançılar, siyasi fiqurlar və mədəniyyət xadimləri fotolarından bu sayaq istifadə edilməsinə etiraz bildiriblər və onların lövhədən silinməsini tələb ediblər.

Onlardan bəziləri bildiriblər ki, 22 yaşlı Məhsa Əmininin polisdə ölməsinə etiraz olaraq hicablarını açıblar.

İranda polislər etirazçı qadınları döyür
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

İranın mükafatlı kino aktrisalarından Fatimə Mütamed-Arya da fotosunun lövhədən silinməsini tələb etmişdi:

"Mən Məhsanın anasıyam, Sarinanın bacısıyam, mən bu torpaqda öldürülmüş bütün uşaqların anasıyam. Mən bütün İranın anasıyam. Mən qatillərin torpağında qadın deyiləm”.

16 yaşlı Sarina İsmayılzadə antihökumət etirazlarından birində öldürülüb.

XS
SM
MD
LG