Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:50

İranda zəlzələdə azı 5 nəfər həlak olub


İranda zəlzələdə azı 5 nəfər həlak olub. Azı 120 nəfərin yaralandığı xəbər verilir.

Rəsmi orqanlar leysan yağışların xilasetmə işlərini əngəllədiyini bildirir. Ərazidə 40-dan artıq afterşok qeydə alınıb.

***

İranın Şərqi Azərbaycan vilayətində 5,9 bal gücündə zəlzələ azı 3 nəfərin həyatına son qoyub. Xəbəri dövlət mediası yayıb.

İlkin məlumatlara görə, zəlzələdə azı 20 nəfər xəsarət alıb.

Avropa Aralıq Hövzəsi Seysmoloji Mərkəzi zəlzələ episentrinin Təbriz şəhərinin 112 kilometrliyində olduğunu bildirib. Mərkəz 20 milyon adamın zəlzələni hiss etdiyi xəbər verir.

Bir rəsmi “zəlzələnin episentrinin Varnakeş kəndinə düşdüyünü, yaralıların isə Sərab şəhərindən olduğunu” deyib. Türkmənçay şəhərində bir neçə ev dağılıb.

***

Təbriz yaxınlığında güclü zəlzələnin baş verdiyi bildirilir

İran dövlət televiziyası xəbər verir ki, ölkənin şimal-qərbində 5.9 bal gücündə zəlzələ baş verib.

Noyabrın 7-də baş vermiş zəlzələ nəticəsində mümkün dağıntı və tələfat barədə hələlik dəqiq məlumat yoxdur.

ABŞ Geoloji Xidmətinin məlumatına görə 5.8 bal gücündə zəlzələ Yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Avropa Aralıq Hövzəsi Seysmoloji Mərkəzi zəlzələ episentrinin Təbriz şəhərinin 170 kilometrliyində olduğunu bildirib.

Bu ərazidə tarix boyunca dağıdıcı zəlzələlərin baş verdiyi məlumdur.

2012-cin ildə Təbriz yaxınlığında baş vermiş iki zəlzələdə 300 nəfərdən çox ölən olmuşdu.

5 baldan güclü zəlzələlər əsaslı dağıntılarla nəticələnir.

İran ərazisi əsas çat xətlərinin üstündə yerləşdiyindən burada günə orta hesabla bir titrəyiş qeydə alınır.

Noyabrın 6-da verilən xəbərlərdə deyilirdi ki,Iranın cənubundakı Hormozqan vilayətində zəlzələ olub.

Dövlət televiziyasının məlumatına görə, yeraltı təkanlar 5,4 bal gücündə olub.

Hələlik dağıntılar və ya itki barədə məlumat yoxdur.

Avropa-Aralıq hövzəsi seysmoloji mərkəzinin məlumatına görə zəlzələ noyabrın 6-ı saat 11 radələrində baş verib.

Qeyd edək ki, İran seysmik cəhətdən həssas zonada yerləşdiyindən bu ölkədə tez-tez zəlzələ olur.

2003-cü ildə İranın Bəm şəhərində baş verən 6,6 ballıq zəlzələ nəticəsində 26 min adam ölmüşdü.

XS
SM
MD
LG