Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:41

İran üç avstraliyalını ‘casusluqda’ ittiham etdiyini bildirir


Blogerlər Mark Firkin (solda) və Jolie King
Blogerlər Mark Firkin (solda) və Jolie King

İran bildirir ki, üç avstraliyalıya qarşı casusluq ittihamı irəli sürüb. Bundan əvvəl İranda səyahət blogeri olan cütlüyün və bir alimin saxlandığı xəbər verilmişdi.

Avstraliyalılardan ikisi hərbi obyektlərin şəkillərini çəkmək məqsədilə dron uçurmaqda təqsirləndirlir. Üçüncü avstraliyalı isə “başqa bir ölkənin xeyrinə casusluqda” ittiham olunur.

Bu barədə məlumatı İran ədliyyəsinin sözçüsü Gholamhossein Esmaili verib.

Esmaili deyib ki, müttəhimlər hazırda həbsxanadadırlar və məhkəmələrini gözləyirlər.

Sözçü saxlananların adlarını və ittihamın nə vaxt irəli sürüldüyünü deməyib.

Media xəbərlərində bu üç nəfərin Tehranın Evin həbsxanasında saxlandığını yazır.

Beləliklə Tehran iki Avstraliya və bir Britaniya-Avstraliya vətəndaşının qohumlarının onların Tehranda saxlandıqlarına dair məlumat verməsindən sonra ilk dəfə olaraq bu üç nəfərin həbs olunduğunu rəsmən təsdiq edib.

Üç nəfərdən ikisinin səyahət bloqları yazan Jolie King və Mark Firkin, üçüncüsünün isə Melburn Universitetinin professoru Kylie Moore-Gilbert olduğu bildirilir.

Kylie Moore-Gilbert
Kylie Moore-Gilbert

Avstraliya bildirib ki, saxlananlara konsul xidməti göstərilir.

Avstraliyanın xarici işlər naziri Marise Payne deyib ki, bu həbslərin siyasi motivli olduğunu düşünmək üçün “əsas yoxdur”.

Həbs edilmiş bloger cütlüyü son iki ildə səyahət təəssüatlarını social mediada yayırdılar, lakin son 10 gündə onlardan heç bir xəbər yox idi.

Xanım Moore-Gilbertin ailəsi bildirib ki, o artıq “bir neçə aydır” İranda saxlanıb. Avstraliyanın ABC kanalı isə onun artıq bir ilə yaxlındır ki, həbsxanada olduğunu bildirib.

Moore-Gilbert Melburn Universitetinin Asiya İnstitutunda Yaxın Şərq siyasətindən mühazirələr oxuyurdu.

Bu həbslər İranla Qərb arasında münasibıətlərin son dərəcə gərgin olduğu vaxta təsadüf edir.

Son illərdə İranda bir neçə amerikalı və ikili vətəndaşlığı olan şəxslər casusluq ittihamları ilə məhkum edilib.

Lakin İranın hakimiyyət orqanları bu adamlara qarşı ittihamları əsaslandıran sübutlar təqdim etməyib.

XS
SM
MD
LG