Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

İrlandiya paytaxtında bir nəfərin bıçaqla hücumuna görə antimühacir iğtişaşları olub


Dublin iğtişaşlarında avtobusun yandırılması
Dublin iğtişaşlarında avtobusun yandırılması

İrlandya paytaxtı Dublində noyabrın 23-də axşam şəhər mərkəzində bir nəfərin bıçaqla adamlara hücumundan sonra kütləvi iğtişaşlar başlanıb.

Reuters bildirir ki, həmin şəxs üçü azyaşlı olmaqla beş nəfəri yaralayıb.

BBC xəbər verir ki, Dublinin bir neçə rayonunda etirazçılarla polis arasında toqquşmalar olub.

Bu da xəbər verilir ki, etirazçılar antimühacir şüarları səsləndirirdilər. Belə ki, bəzi məlumatlara görə adamlara bıçaqla hücum edən Əlcəzair doğumludur. Bu məlumat hələ ki rəsmən təsdiq olunmayıb.

İğtişaşlar zamanı polis avtomobilinin, sərnişin avtobusunun və metro qatarının yandırıldığı xəbər verilir.

Etirazçılar polisə daş atır, mağaza vitrinlərini sındırırdılar. Bəzi məlumatlara görə qarət halları baş verib.

Polis iğtişaşlarda iştirak edənləri “ifrat sağ ideologiyaya meylli xuliqanlar” adlandırıb.

Dublin polisinin məlumatına görə noyabrın 24-də iğtişaşlar səngiyib və etirazçılar şəhərin mərkəzi küçələrini tərk ediblər.

Dublin polisinin rəisi Patrik MakMenamin bildirib ki, toqquşmalarda hər hansı ciddi xəsarətə dair məlumat alınmayıb. Onlarca etirazçının saxlandılğı xəbər verilir:

"Biz hazırda Dublinin mərkəzi rayonlarında patrul xidmətini gücləndirmişik. 400-dən çox polis növbəyə çıxıb. Dublinin mərkəzində hazırda sakitlikdir və həyat normal axarına qayıdır. Biz vəziyyəti izləməkdə davam edirik”.

BBC xəbər verir ki, adamlara hücum Dublin məktəblərindən birinin qarşısında baş verib.

İki nəfər – 5 yaşlı qız və 30 yaşlı qadın xəsarət alıblar.

Xəbər verilir ki, hücum edəni yaxınlıqdan keçən vətəndaş saxlayıb. Onun da xəsarət aldığı xəbər verilir.

“Başqa ölkədə doğulub”

Polisin ilkin məlumatında deyilirdi ki, hücum edən tək olub və söhbət terror aktından getmir.

Amma hakimiyyət orqanları daha sonra bildiriblər ki, hücumun motivləri məlum deyil və terror aktı versiyası da nəzərdən keçirilir.

İrlandiya televiziyasının məlumatına görə hücum edən “başqa ölkədə doğulub, amma 20 ildir ki, İrlandiyada yaşayır və İrlandiya vətəndaşıdır”.

Bu məlumat da hələ ki, rəsmən təsdiq olunmayıb.

XS
SM
MD
LG