Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:37

Vəkil: 'İşgəncə zamanı vurulan zərbələrdən qoyulma dişləri tökülüb'


Jurnalist Fikrət Fərəməzoğlu
Jurnalist Fikrət Fərəməzoğlu

“Sentyabrın 19-da Baş Mütəşəkkil Cinayətkarlığa Mübarizə İdarəsində (BMCMİ) jurnalist Fikrət Fərəməzoğlu ilə görüşdüm. Bütün işgəncə faktlarını təsdiq etdi. Dişlərini göstərdi və bildirdi ki, işgəncə zamanı vurulan zərbələrdən ağzındakı dişləri tökülür”.

Bunu vəkili Elçin Sadıqov bildirib.

Vəkil qeyd edib ki, işgəncə zamanı vurulan zərbələrdən F. Fərəməzoğlunun qoyulma dişləri artıq tökülüb: “Başında, çənəsində və dişlərində dözülməz ağrılar yaranıb. Kəskin ağrılardan və yuxusuzluqdan əziyyət çəkir, təcili müalicəyə ehtiyacı vardır”.

Buna da bax:​ Jurnalistin şikayəti təmin olunmadı

Elçin Sadıqovun deməsinə görə, onlara da bu informasiyaların yayılması ilə bağlı təzyiqlər edilir: “Bu təzyiqlər F. Fərəməzoğluna, həyat yoldaşına və mənə edilir”.

Vəkil qeyd edir ki, heç bir istintaq zəruriyyəti olmadan dəfələrlə F. Fərəməzoğlu BMCMİ-nə gətirirlər.

Vəkilin işgəncələrlə bağlı dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Həbsdəki jurnalist: 'Məni şərləyiblər'

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb.

DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib. O, tutulandan az sonra vəkildən imtina etmişdi.

Nərimanov Rayon Məhkəməsi iyulun 2-də F.Fərəməzoğlu barəsində 3 aylıq həbs qərarı verib.

Bir qədər sonra isə yenidən vəkil xidmətlərindən istifadə etməyə başlayıb. O, açıqlama yayaraq ittihamlarla razılaşmadığını, şərləndiyini bildirib.

Buna da bax:​ Jurnalist vəkildən və məhkəmədən imtina etdi

Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F. Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

XS
SM
MD
LG