Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:17

43 illik həbsdən çıxdı, zülmətə düşdü


►“İşığımı kəsiblər, qaz yox... Üstümə də 3 min manat işıqpulu yazıb göndəriblər”.

Pirşağı qəsəbəsində yaşayan Əliskəndər İskəndərov sonuncu dəfə həbsxananı 3 il əvvəl tərk edib. Ancaq azad cəmiyyətə qovuşmasından peşmandır.

Deyir, həbsdən buraxılandan sonra ata tək-tənha ata evində yaşamağa davam edib. İkinci qrup əlil kimi aldığı cüzi təqaüdlə zar-zor dolandığı bir vaxtda evin işığını kəsiblər, qazsa yerli dibli yoxdur. İndi soyuq divarlar arxasında donur:

“İkinci qrup əliləm, ciyərlərim işləmir, böyrəklərim xəstə... Özüm də bronxitəm... Qalmışam qaranlıq, soyuq otaqda, donuram. Ordan burdan taxta tapıb yandırıram, üstündə çay qoyuram...”

Buna da bax: Ermənistanda 27 nəfər donuz qripinə yoluxub

NECƏ BAŞA SALDILAR, AMMA HEÇ NƏ BAŞA DÜŞMƏDİM

Deyir, donmaqla iş bitsəydi, nə vardı ki... Təqaüdlə dolansa da, işıqpulunu vaxtında ödəyirmiş. 5-6 aydır ki, ağır xəstələndiyi üçün təqaüdünün çox hissəsi dava-dərmana gedir. Ona görə də işıqpulu üçün gələn qəbzlər üst-üstə yığılırmış. Sonuncu qəbzdəki məbləğ isə onu, necə deyərlər, çaşdırıb:

“Gəldim gördüm qapıya kağız qoyublar ki, 2.947 manat 50 qəpik borcum var. Getdim işıq idarəsinə, dedim, “5 aydır pul vermirəm. İşığı da kəsmisiz. Mən 5 aya bu qədər işıq işlətmişəm?” Dedilər, 7 illik borcdur. Necə başa saldılarsa, heç nə başa düşmədim. Çıxdım, gəldim. İndi də qalmışam qaranlıqda...”

HƏBSDƏ OLDUĞU İLLƏRƏ DÜŞÜRSƏ...

Sabunçu rayon işıq idarəsindən bildiriblər ki, abonent məsələni aydınlaşdırmaq üçün “Azərişıq” ASC-nin enerji satışı departamentinin abonent şöbəsinə müraciət etməlidir.

Hüquqşünas Vaqif Alıyev deyir, yığılan borc Əliskəndər İskəndərovun həbsdə olduğu illərə düşürsə, bu borcun onunla heç bir əlaqəsi yoxdur və silinməlidir.

İşıq idarəsində deyilən bir cümlə isə Əliskəndər İskəndərovun canına vicvicə salıb – borc ödənilməsə, məsuliyyəti var... Keçmiş məhbus bu yaşdan sonra daha cəza çəkmək istəmir.

XS
SM
MD
LG