Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:57

İsmayıllıda sel: Bakı-Şamaxı-Yevlax yolu yenidən açılıb


Bakı-Şamaxı-Yevlax avtomobil yolu yenidən açılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Məlumata görə, yolun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsində təmir-bərpa işləri başa çatıb və avtomobillərin hərəkətində məhdudiyyət götürülüb.


******

Bugün, avqustun 26-da yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, intensiv yağan yağışlar nəticəsində İsmayıllı rayonunun Mollaisaqlı kəndində də vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edildiyi bildirilir

Məlumata görə, selin baş verdiyi ərazidən dörd nəfər təxliyə olunub.

XS
SM
MD
LG