Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 20:21

Azərbaycan dedi, İsrail vurdu?


İsrail dronu
İsrail dronu

Azərbaycan İsrail şirkətindən xahiş edib ki, satın aldığı dronu hərbi hədəf üzərində nümayiş etdirsin. «Haaretz» qəzetinin yazdığına görə, İsrail Müdafiə Nazirliyi hazırda bu iddianı araşdırır. İddiaya görə, Azərbaycan «Aeronautics Defense Systems» şirkətindən belə bir xahiş edib. Dron operatorları imtina edəndə menecerlər sınağı gerçəkləşdirməyə cəhd göstərib. Ancaq şirkət iddiaları danır.

Müdafiə Nazirliyi şikayəti bu yaxınlarda alıb. Şirkət təmsilçiləri Azərbaycana «Orbiter 1K» dronunun satışıyla bağlı kontraktı yekunlaşdırmağa gəliblərmiş. Onlardan istənilib ki, partlayıcılarla dolu dronu Ermənistan ordusunun hərbi mövqeyi üzərində sınaqdan çıxarsınlar.

Şikayət haqda ilk dəfə bazar günü İsrailin gündəlik «Maariv» qəzeti yazıb. «Aeronautics Defense Systems» öz növbəsində işçilərinin belə bir missiyanı həyata keçirmədiyini bildiriblər. Onların deməsinə görə, sınağı dronu alan gerçəkləşdirib və şirkət «heç vaxt canlı hədəflər üzərində sınaq keçirmir və bu dəfə də belə olub».

***Buna da bax-Azərbaycan İsraildən 'Dəmir günbəz' alır

HƏDƏFİN 100 METRLİYİNDƏN KEÇİB

«Maariv» yazıb ki, dronun iki israilli operatoru Ermənistan hədəfini vurmaqdan imtina edib. Hətta birbaşa hədələrdən sonra fikirlərindən dönməyiblər. Bu zaman şirkətin yüksəkçinli təmsilçiləri dronu özləri silahlandırıb işə salıblar. Dronların hədəfə dəymədiyi, heç bir ziyan törətmədiyi bildirilir. Ancaq şikayətə görə, onlardan biri hədəfin 100 metrliyindən keçib.

Şirkətin vebsaytında qeyd olunur ki, «Orbiter 1K» bir-iki kiloqramlıq xüsusi partlayıcı daşımaq gücünə malikdir.

Azərbaycanın olduğu deyilən kamikadze dron
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Şirkətə qarşı iddianı nazirliyin Müdafiə İxracına Nəzarət Agentliyi qaldırıb. Bu qurum ölkənin müdafiə sahəsində podratçılarının fəaliyyətinə nəzarət edir.

«Haaretz» yazır ki, daha öncə də Dağlıq Qarabağ münaqişəsində dronlardan istifadə olunub. 2016-cı ildə yayılmış məlumata görə, «Aeronautics Defense Systems» şirkətinin istehsalı olan «Harop» dronu bir avtobusa dəyib, yeddi erməni həlak olub.

***Buna da bax-Netanyahu Bakıya gəldi qonşular narahat oldu [video]

5 MİLYARD DOLLARLIQ HƏRBİ AVADANLIQ

Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bildirib ki, ölkəsi İsraildən 5 milyard dollarlıq hərbi avadanlıq alıb. Ötən il İsrailin baş naziri Benjamin Netanyahu Azərbaycana səfər edəndə prezident iki ölkənin illərdən bəri hərbi əməkdaşlıq etməsindən danışırdı. Xarici media İsrailin Azərbaycana radar və dron sistemləri, eləcə də «Tavor» avtomatları satdığını yazıb.

İsrailin Müdafiə Nazirliyi isə məsələni belə şərh edib:

«Müdafiə Nazirliyi, bir qayda olaraq, hərbi ixracla bağlı məsələləri şərh etmir. Bu iddianı nazirliyin uyğun idarələri araşdırır».

«Aeronautics Defense Systems» isə bildirib:

««Aeronautics» 50 fərqli ölkədə müştərilərə məhsul satır və bu yalnız Müdafiə İxracına Nəzarət Agentliyinin razılığıyla baş verir. Əməliyyatı alıcı ayrıca gerçəkləşdirib və məsuliyyəti özü daşıyır. «Aeronautics» heç vaxt canlı hədəflərə zərbə endirməyib və bu halda da belə olub».

Azərbaycan Müdafiə Nazirliyi, hələlik, məlumatı şərh etməyib. Gün ərzində AzadlıqRadiosu nazirlikdən mövqe almağa çalışacaq. Saytımızı izləyin.

XS
SM
MD
LG