Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:38

İsrail rusiyalı hakeri ABŞ-a ekstradisiya etdi


Aleksey Burkov (ortada)
Aleksey Burkov (ortada)

İsrailin hakimiyyət orqanları rusiyalı haker Aleksey Burkovu Birləşmiş Ştatlara ekstradisiya edib.

ABŞ-da onu bank sektorundakı cinayətlərlə bağlılıqda, o cümlədən bank kartlarından oğurluqda şübhəli bilirlər.

Burkovun vəkili Mikhail Ironi RIA Novosti xəbər agentliyinə ekstradisiyanın noyabrın 11-dən 12-nə keçən gecə reallaşdırıldığını təsdiq edib.

Noyabrın 10-da İsrail Ali Məhkəməsi Burkovun ədliyyə naziri Amir Okhana-nın ekstradisiya barədə qərarından verdiyi apellyasiyanı rədd edib.

Rusiya bu qərarın əleyhinə çıxış edirdi.

Moskva bundan əvvəl Burkovun Rusiyaya verilməsini istəmişdi.

Moskva Burkovu oktyabrın əvvəllərində Rusiyada 7 il yarım azadlıqdan məhrum edilmimiş israilli qadın Naana Issachar-a dəyişməyi təklif etmişdi. İsrailli qadın narkotik maddələrin saxlanması və qaçaqmalçılığı ittihamı ilə məhkum edilib.

Naama Issachar
Naama Issachar

Moskva hava limanında onun baqajından 10 qram anaşa tapılmışdı. Issachar anaşanın onun olmasını etiraf etsə də, qaçaqmalçılıq ittihamını rədd edirdi.

İsrail mediası yazırdı ki, onu elə Burkovla dəyişdirmək məqsədilə “ilişdiriblər”.

İsrail hökuməti israilli qadının əfv edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmişdi.

Noyabrın əvvəlində İsrailin Ali Məhkəməsi İssakhar ailəsinin müraciəti ilə bağlı Burkovun ABŞ-a ekstradisiyası məsələsinə baxılmasını dayandırmışdı.

Lakin bunun ardınca Naama Issakhar-ın anası müraciətini geri götürmüş və İsrailin onun qızını azad etdirə biləcəyinə əmin olduğunu demişdi.

Sankt Peterburq şəhərindən olan proqramçı Aleksey Burkov ABŞ-ın orderi ilə 2015-ci ilin dekabrında Tel-Əviv hava limanında saxlanmışdı.

Burkov oğurlanmış məlumatların satışı üçün xüsusi sayt, habelə hakerlər üçün internet forumu yaratmışdı.

XS
SM
MD
LG