Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:50

İsrail və Misir Avropaya qaz verəcək


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və İsrailin baş naziri Naftali Bennet
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və İsrailin baş naziri Naftali Bennet

Avropa İttifaqı iyunun 15-də Qahirədə İsrail və Misirdən Avropaya maye qazın ixracına dair razılaşma imzalayıb.

Qaz İsraildə hasil olunsa da, Misirin qazın sıxılması və ixrac üçün maye hala salınması üçün lazımi istehsalat gücü var.

Bu sazişə görə Avropa İttifaqı öz növbəsində İsrailə və Misirə qaz hasilatının artırılmasında və bu ölkələrin dəniz yataqlarının kəşfiyyatı və inkişaf etdirilməsində dəstək verəcək.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib ki, yeni müqavilələr Avropa İttifaqını perspektivdə Rusiyanın qaz asılılığından çıxaracaq.

Son məlumatlara görə Rusiya Avropada istehlak olunan qazın 40 faizə qədərini verir.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Moskva üzərinə qoyulmuş sanksiyalar Rusiya qazını əvəzləyəcək yeni mənbələrin axtarışını tələb edir.

Aralıq dənizi Qaz Forumu

İsrailin Aralıq dənizi sularında iki fəal qaz yatağı var. Bunların ümumi həcmi 650 milyard kubmetr olaraq təxmin edilir. Daha bir yataq isə hazırda inkişaf etdirilir.

Avropa İottifaqı ilə imzalanmış müqavilələrə görə İsrail qazı maye halına salınması üçün Misirə nəql edəcək, buradan maye qaz tankerlərlə Avropaya daşınacaq.

İsrailin enerji naziri Karin Elxarrar hesab edir ki, Avropa İttifaqı ilə yeni qaz müqaviləsi habelə İsrail-Misir münasibətlərinin daha da yaxşılaşmasına xidmət edəcək.

Xanın Elxarrarın fikri ilə Misirin neft-qaz sənayesi naziri Tarek əl-Molla da razılaşır.

O Avropa, İsrail və Aralıq Dənizi Qaz Forumu ölkələri arasında yeni əlaqələrin yaranacağına ümid edir.

Aralıq Dənizi Qaz Forumuna Misir və İsraildən başqa, habelə İordaniya, Kipr, Yunanıstan, Fransa, İtaliya və qismən də tanınmamış Fələstin dövləti daxildir.

Misir bütün ərəb dünyasında İsraillə ilk sülh müqaviləsi imzalamış ölkədir.

Son illərdə Misir-İsrail münasibətləri sabit olaraq yaxşılaşır.

XS
SM
MD
LG