Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:39

Hökmdar xalqın sözünü ondan eşidirdi - İZ- Anons


Balasaqunlu Yusuf
Balasaqunlu Yusuf

Söhbət “Balasaqunlu Yusuf”dan gedir

AzadlıqRadiosunun “İZ” mədəniyyət proqramı bu sayında türk dünyasının 5 böyük kitabından birinin - bu il min illiyi dünyada qeyd olunan Yusuf Has Hacib Balasaqunlunun və onun“Qutadqu bilik” (Xoşbəxtlik elmi) əsərinin izinə düşüb. Balasaqunlu Has Yusufun tarixdə başqa bir adı da var - Haciz. O dövrdə buna “pərdədar” da deyilərmiş. Yəni hökmdarla xalq arasında pərdə rolunu oynayan adam! Gərək olanda pərdəni çəkib hökmdarı xalqla görüşdürür və xalqın şikayətlərini hökmdara çatdırır... 2006-cı ildə bu möhtəşəm əsəri Azərbaycan türkcəsinə çevirən vəminillik yubileyə “Qutadqu bilik” biblioqrafiyası”nı ərməğan edən tanınmış türkoloq Ramiz Əskər bu “İz”in qonağıdır.

-“Türk dünyasının 5 böyük kitabı” hansılardır?

- Yusuf Has Balasaqunlu Hacib - hakimiyyətlə xalq arasında pərdə rolunu oynayan adam adını necə qazanıb?

-Uyğurca yazılan “Qutadqu bilik”də nələr yer alıb?

- Verilişin bələdçisi bu kitabı nədən “cəmiyyətnamə” “insannamə” , “siyasətnamə”, “nəsihətnamə”“dövlətnamə” və “qanunnamə” adlandırdı?

-“Qutadqu-bilik” hansı ölkələrdə daha çox araşdırılıb?

-Bu möhtəşəm kitabın dünyada neçə nüsxəsi var və harada qorunur?

-Və nəhayət, Azərbaycanda çıxan bu kitabı niyə maliyyələşdirən tapılmadı və nəşri hansı xarici ölkə vətəndaşı üstləndi?

Ramiz Əsgər
Ramiz Əsgər

​Yarım saat boyunca verilişdə bu və bənzər suallara cavab aranacaq.2016-cı ildə TÜRKSOY-un Balasaqunlu medalına layiq görülən Ramiz Əsgər bu il işıq üzü görən daha iki kitabından və gələcək planlarından da söz açacaq.

Noyabrın 6-da saat 23-də bu “İz”i itirməyin.

Balasaqunlu Yusuf
Gözlə

No media source currently available

0:00 0:29:58 0:00
Direct-ə keçid

XS
SM
MD
LG