Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:11

İran nüvə sazişini qorumaq üçün Çinə rəsmi nümayəndə göndərib


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İranın xarici işlər naziri Mohammad Javad Zarif mayın 13-də Çinə gedib.

İran kütləvi informasiya vasitələrinin məlumatına görə,məqsəd ABŞ-ın addımından sonra, İranla aparıcı dünya ölkələri arasında imzalanmış nüvə sazişini xilas etməkdir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu günlərdə, ölkəsinin İranla nüvə sazişindən çıxdığını bəyan edib.

Donald Trump
Donald Trump

2015-ci ildə imzalanmış sazişə əsasən Tehran nüvə proqramını dayandırmış və əvəzində ona qarşı beynəlxalq sanksiyalar dayandırılmışdı.

Amma prezident Donald Trump sazişdən çıxdıqdan sonra İrana qarşı sanksiyaların bərpa ediləcəyini bəyan elədi.

Javad Zarif Pekində bildirib ki, səfər zamanı İranın atacağı mümkün addımları müzakirə edəcək.

O, həmçinin ölkəsinin “bütün variantlara” hazır olduğunu vurğulayıb.

Zarif deyib ki, Çin bu gün İranın bir nömrəli iqtisadi tərəfdaşıdır və əminik ki, bizim tərəfimizdə olacaq.

Bundan sonra Zarif yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvaya, ordan isə Brüsselə yollanacaq.

Buna da bax: "Rusiya və Almaniya nüvə sazişini xilas etməyə çalışır"

Qeyd edək ki, İranlahəmin nüvə sazişini ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və Rusiya imzalayıblar.

Amma Donald Trump mayın 8-də ölkəsinin bu sazişdən çıxdığını bəyan elədi.

XS
SM
MD
LG