Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:06

Javad Zarif: İran özünü hərbi və iqtisadi təcavüzdən müdafiə edəcək


Mohammad Javad Zarif, İranın xarici işlər naziri, 26 may, 2019, Bağdad.
Mohammad Javad Zarif, İranın xarici işlər naziri, 26 may, 2019, Bağdad.

İran özünü istənilən hərbi və iqtisadi təcavüzdən müdafiə edəcək.

Reutersin məlumatına görə, bunu mayın 26-da Bağdada səfəri zamanı İranın xarici işlər naziri Javad Zarif deyib.

“Biz özümüzü, ona qarşı yönəlmiş hərbi və iqtisadi müharibə cəhdindən müdadfiə edəcək və biz bunu güc və müqavimətlə qarşılayacağıq”Zarif vurğulayıb.

Zarif Avropa Birliyi ölkələrini İranla imzalanmış nüvə sazişini qorumağa çağırıb.

O, mayın 26-da iraqlı həmkarı Məhəmməd əl Hakimlə Bağdadda keçirdiyi mətbuat konfransında deyib ki, İran Fars körfəzindəki ərəb qonşuları ilə balanslı münasibətlər qurmaq fikrindədir və onlara hücum etməmək barədə sənəd izalamğı təklif edib.

Son günlər ABŞ-İran münasibətlərinin daha da gərginləşdiyi müşahidə olunur.

Bu günlərdə Fars körfəzində Səudiyyə Ərəbistanına məxsus 2 neft tankeri də daxil olmaqla 4 gəmiyə hücum edilməsi vəziyyəti daha da gərginləşdirib.

ABŞ hesab edir ki, bunun arxasında İran durur.

Tehran ittihamı rədd edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bundan bir gün əvvəl Yaxın Şərqdə əlavə 1500 canlı qüvvə yerləşdiriləcəyini bəyan edib.

ABŞ mayın əvvəllərində Fars körfəzinə təyyarədaşıyan gəmi də göndərib.

Bundan başqa ABŞ Dövlət katibi bəyan edib ki, Vaşinqton Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya 8,1 milyar dollarlıq silah və sursat satacaq.

ABŞ deyir ki, məqsəd İrandan gələn təcavüzün qarşısını almaqdır.

Qeyd edək ki, ABŞ ötən il ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etdi və Vaşinqton Tehrana qarşı sanksiyaları bərpa elədi.

İranın 2015-ci ildə Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı sazişdə Tehranın nüvə fəaliyyətini dayandırması və əvəzində ona qarşı sanksiyaların aradan qaldırılması nəzərdə tuturdu.

Abş İranı sazişin şərtlərini pozmaqda günahlandırır.

Tehran ittihamı rədd edir.

XS
SM
MD
LG