Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:03

Mina partlayışı niyə suallar doğurub? (Video)


Kəlbəcərdə mina partlayışı. Mina nə zaman basdırılıb? Ekspertlərlə rəsmilər fərqli fikirdədir
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Kəlbəcərdə mina partlayışı. Mina nə zaman basdırılıb? Ekspertlərlə rəsmilər fərqli fikirdədir

Rəsmi açıqlamaya görə, Kəlbəcərdə, iyunun 4-də iki jurnalist və bir yerli məmurun həlak olması ilə nəticələnən mina partlayışı yeni basdırılmış minalara görə baş verməyib.

İyunun 7-də Baş Prokurorluğun yaydığı açıqlamada deyilir ki, ilkin istintaqa görə, partlamış mina tank əleyhinə mina olub. Bəzi hərbi təhlilçilər minanın yeni basdırılması versiyasını irəli sürsələr də rəsmi məlumatda bu, təkzib olunur:

Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təchizat yolu kimi istifadə etmişlər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalamışlar.

Ehtiyatda olan zabit Ədalət Verdiyev deyir ki, hadisənin baş verdiyi yolun bəzi hissələrində torpağın rəngi fərqlidir və bu da minanın yeni basdırılması ehtimalı yaradır.

O əlavə edir ki, Azərbaycan bir neçə dəfə erməni tərəfdən diversant qruplar da saxlayıb və minaları bu qruplar da basdırmış ola bilərlər.

“1000 nəfərlik heyətlə 500 kilometri qorumaq olmaz”

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, belə bir ehtimal olsa da, hadisənin baş verdiyi Susuzluq kəndinin mövqeyini nəzərə almaq lazımdır:

“Susuzluq kəndi sərhəddən 15 km uzaqda yerləşir, ondan əvvəl iki kənd yerləşir, niyə həmin kəndlərdə basdırmayıblar?!”

İki tərəfdən təhlükədə Kəlbəcər...
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Kəlbəcər rayonu Ermənistanın Vardanes rayonu ilə həmsərhəddir. Kəlbəcərin digər qonşusu hələ də Azərbaycanın yox, Rusiya sülhməramlılarının nəzarət etdiyi və erməni qüvvələrinin hələ də qaldığı Ağdərə rayonudur. Ədalət Verdiyev deyir ki, Ağdərə tərəfdən Rusiya sülhməramlılarının nəzarətindəki hissə etibarlı deyil:

“1000 nəfərlik heyətlə 500 km-lik perimetri qorumaq heç də asan deyil. Hər kilometrə 2 nəfər əsgər düşür. Heç ruslar da ermənilərin fəaliyyətinin qarşısını almaqda maraqlı görünmürlər.”

“Sülhməramlıların işi erməniləri qorumaqdır”

Adının çəkilməsini istəməyən hərbçi AzadlıqRadiosuna Ağdərə istiqamətdən sərhəddin qorunmasl barədə bunları deyir:

“Rusiya hərbçiləri maraqsız və laqeyddirlər. Onlar sanki ekskursiyadadırlar. Onların işi erməniləri qorumaqdır. Diversantlar yayınıb biz tərəfə keçəndə bizimkilər onu görsə, zərərsizləşdirir, görməsə, işlərini görüb gedirlər”.

Kəlbəcərin Ermənistanla sərhəddinə gəlincə, burda hələ ki, sərhəd qoşunları yox, Müdafiə Nazirliyi qüvvələri dayanır. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl deyir ki, buna səbəb odur ki, sərhədlərin demarkasiyası hələ başa çatmayıb.

“Bunun təhlükəli tərəfi odur ki, sərhəd zastavaları qurulmayıb, sərhəd tam möhkəmlənməyib”.

Kəlbəcər rayonu keçən il 44 günlük müharibə nəticəsində işğaldan azad olunmuş Azərbaycan rayonlarından biridir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan 10 noyabr atəşkəs razılaşması ilə erməni qüvvələri Kəlbəcərdən çıxarılıb.

İndi ekspertlər ehtimal edirlər ki, erməni qüvvələri çıxarkən ərazini həm də minalayıblar.

XS
SM
MD
LG