Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:18

Ramzan Kadırov xaricdəki tənqidçiləri ilə haqq-hesab çəkəcəyini deyib


Çeçenistanın başçısı Ramzan Kadırov DİN və Rusiya Qvardiyasının komandirləri ilə müşavirədə deyib ki, tənqidçilərinin harada olmasından asılı olmayaraq onlarla “haqq-hesab” çürüdəcək:

"Kim bizim baxışımızla razı deyilsə, qoy respublikadan çıxıb getsin. Biz çoxlarını bağışlamışıq, tutulanları buraxmışıq. Kimsə Çeçenistanda nəsə qarışdırmaq istəsə, ona rəhm etməyəcəyik. Hansı ölkədə olursa-olsun o terrorçunun bizə təslim edilməsi üçün sorğu göndərəcəyik. Əgər onu bizə verməsələr, deməli onunla bacardığımız kimi hərəkət edəcəyik. Onlar bizim haqqımızda söhbətlər aparır, filmlər çəkirlər, nə istəsələr deyirlər. Bunu belə qoya bilmərik”.

Kadırov deyib ki, Çeçenistan hakimiyyəti tərəfindən ittiham edilənlərin qohumları yalnız həmin adamdan üz çevirdiklərini deməklə yaxalarını qurtara bilməyəcəklər.

Kadırov bundan əvvəl də tənqidçilərinin qohumlarını cəzalanırıb. Məsələn o avqustun əvvəllərində Yanqulbayev qardaşlarının dörd qohumunu – onların dayısını və üç dayısı uşağını Ukrayna müharibəsinə göndərib.

Yanqulbayevlər

Yanqulbayevlər Çeçenistan başçısını daim tənqid edirlər. Abubakar insan haqları müdafiəçisidir, İbrahim və Baysanqur 1ADAT müxalifət kanalları ilə əlaqəli şəxslərdir.

Halbuki bundan əvvəl Yanqulbayevlərin aid olduğu Keloy teypinin (tayfa) nümayəndələri onlardan imtina etmiş, hərəkətlərini “lənətləmişdilər”.

Sözü gedən müşavirədə Kadırov hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bayram günlərində təhlükəsizliyin təmin olunmasını müzakirə edirdilər.

Bu iclasda habelə “yaD ideologiyanın təsirləri”, onların xaricdən şəbəkə və mesencer vasitəsilə yaydıqları materiallar müzakirə olunub.

Bu da qeyd olunur ki, xaricdəki bir çoxlarına qarşı vətənləri Rusiyada cinayət işləri açılıb və onların ekstradisiyası üçün sorğular göndərilib.

Xaricdə sui-qəsdlər

Çeçenistan hakimiyyətinin tənqidçiləri ilə çox vaxt xaricdə “haqq-hesab” çəkilib.

Qurbanların arasında Qadji Edilsultanovİslam Canibekov da var. Onlar 2008-cvi ildə həlak olublar. Ali (Musa) Asayev 2009, Berq Xaj Musayev, Rustam AltemirovZaurbek Amriyev 2011-ci, Medet Ünlü 2013-cü, Abdulvahid Edilgireyev 2015-ci, Ruslan İsrapilov isə 2016-cı ildə həlak olublar.

Müxalifətçi bloger Tumso Abdurraxmanovun qardaşı Maqomedə 2020-ci ilin fevralında sui-qəsd edilib. Daha bir sui-qəsdin 2022-ci ildə hazırlandığı deyilirdi.

Bu qətli keçmişdə Çeçenistanda Rusiya Federasiyasına qarşı döyüşmüş, amma sonradan Kadırov tərəfindən əfv edilmiş Tamerlan Aurbiyev icra etməliydi.

Aurbiyev Dadakayevlə birlikdə bu sui-qəsdi hazırlamağa başlamışdı, amma sonra Muxammad Abdurraxmanovun özü ilə əlaqəyə girərək planı ona açmışdı.

XS
SM
MD
LG