Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:35

Kadyrov şeyx Şamili çeçenlərlə rusların arasını vurmaqda ittiham edib


İmam Şamil 1859
İmam Şamil 1859

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Dağıstan Müftiliyi Çeçenistan lideri Ramzan Kadyrov-un imam Şamil haqqında dediklərini kəskin pisləyib.

Ramzan Kadyrov bu fikirləri yaraqlıların Dağıstana hücumunun 20-ci ildönümü münasibətilə yerli saytlardan burinə verdiyi müsahibədə səsləndirib.

Bu hücum 1999-cu ilin avqustunda baş vermişdi.

Muftiliyin bəynatınfda deyilir ki, öz diyarının vətənpərvəri olan Kadyrov-u müəyyən mənada başa düşmək olar:

“Bizə bəlli olmayan yalnız budur ki, guya 200 il bundan əvvəl çeçenlərə Rusiyaya birləşmək imkanı verməyən imam Şamilin adının hallandırılması niyə lazım idi. Çeçenistan lideri demək istəyir ki, imam Şamilin kölgəsi onun xalqını 1990-cı illərdə iki dəfə Rusiyaya qarşı müharibəyə qaldırıb. Qəribə düşüncədir. O illərdə və ondan sonra Dağıstanda xalqı müharibəyə qaldırmaq məqsədilə çox təxribatlar törədilib, yüzlərlə din xadimi və sadə gənclər – günahsız insanlar öldürülüb. Bunlar yalnız ona görə edilib ki, xalqımız qəzəblənsin və Çeçenistanda olduğu kimi miqyaslı müharibəyə qalxsın. Amma bizim xalqımız imam Şamilin rus çarına içdiyi anda sadiq qalıb”.

Bundan sonra müraciətdə şeyx Şamil kifayət qədər birmənalı şəkildə indiki Çeçenistan başçısının atası – Akhmad Kadyrov-la müqayisə edilir:

“İmam Şamil heç vaxt yaşadığı ölkəyə qarşı üsyan qaldırmayıb. Həmin şəraitdə o, 25 il ərzində doğma yurdunu və qardaşlarının obasını qoruyub. Lakin o bu müharibənin mənasızlığını görəndə danışıqlara gedib. Həmin hərbi əməliyyatlarda Şamil özünü Çeçenistan Respublikası başçısının atası kimi ləyaqətli aparıb. Müharibədən sonra çar sarayında hörmətlə qəbul edilib”.

Müraciətdə daha sonra Məhəmməd peyğəmbərə istinadla deyilir ki, “siz başqalarının valideynlərini lənətləyəndə, onların da övladları sizin valideynlərinizi lənətləyirlər”.

Kadyrov-un bu yaxınlarda dərc edilmiş müsahibəsinin ikinci hissəsi tamamilə imam Şamilə həsr edilmişdi.

O isbat etməyə çalışır ki, 20 il bundan əvvəl Dağıstanda baş vermiş hadisələrlə çeçenlərin heç bir əlaqəsi yoxdur. Kadyrov iddia edirdi ki, Şamil Basayev və Xəttabın bu hadisələrdə heç bir günahı olmayıb:

“Əvvəlcə vəhabiliyin Dağıstan ideoloqu Bagautdin Kebedovun 1200 nəfərlik “Qafqaz İslam ordusu” olub. Bunun ardınca Magomed Tagayevin “Dağıstan üsyan ordusu” yaradılıb. Ərəblərdən, özbəklərdən, taciklərdən və Rusiyanın başqa regionlarının sakinlərindən ibarət üçüncü dəstəyə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanmış ərəb terrorçusu Xəttab başçılıq edirdi. Şamil Basayev Botlix rayonunda cəmi iki gün olub, amma biz 20 ildir, eyni sözləri eşidirik. Guya çeçen terrorçular Dağıstana basqın ediblər. Amma bir kəlmə də deyilmir ki, öndə Kebedov və Tagayevin yalnız dağıstanlılardan ibarət dəstələri gedirdi...”

Ramzan Kadyrov
Ramzan Kadyrov

Bunun ardınca Kadyrov Putini 1999-cu ildəki hərəkətinə görə tərifləyir və Şamil mövzusuna keçir:

“İmam Şamil Rusiya ilə sülhdən danışan bütün çeçenləri edam etdirirdi, kəndləri yandırırdı, ağsaqqalları xalqın Rusiyaya qarşı müharibə aparacağı barədə Qurana and içməyə məcbur edirdi. 1859-cu ilin aprelində Şamil Vedenodan Qunibə keçdi. Dörd ay sonra, avqustun 26-da imam ehtiramla Rusiyaya təslim oldu. Şamilin Çeçenistanda olduğu dövrdə çeçen xalqının sayı iki dəfə, kişilərn sayı isə 70 faiz azalıb”.

Bunun ardınca Kadyrov Şamili Xəttabla müqayisə edir.

“Çeçen xalqını ən qəddar faciəyə gətirib çıxaran bir adamın özü zadəgan titulu müqabilində Rusiyaya sədaqət andı içib. Xəttab və dəstəsinin avantürası iki həftə çəkib, amma Şamilin hərəkətləri 20 il müddətində çeçen xalqının yarısının məhv olması və bütün Çeçenistanın yandırılması ilə nəticələnib və bu adam rus zadəganına çevrilib. Həqiqəti demək vaxtıdır, çünki yalandan yalan törəyir və bunun sonu görünmür. Biz bir din xadimi kimi Şamilin xatirəsinə hörmət edirik. Amma bilmək istəyirik ki, o niyə Çeçenistanda Rusiya ilə 19 il müharibə edib və xalqın və Çeçenistanın məhvinə səbəb olub. Halbuki Dağıstana qayıtdıqdan dördcə ay sonra Rusiyaya təslim olub və zadəgan titulu alıb. Bu, Çeçenistana və çeçenlərə qarşı terror deyil, bəs nədir?”

Dağıstan müftilinyinin bəyanatından əvvəl Dağıstan istifadəçiləri Instagram-da xüsusi heşteq açmışdılar və imam Şamili müdafiə edirdilər.

Kadyrov-un müsahibəsi Dağıstan qəzetlərinin redaktorlarının kəskin reaksiyasına səbəb olub.

Lakin bu tənqidlərə Çeçenistan parlamentinin spikeri Magomed Daudov cavab verib və milliyyətcə avar Rəsul Həmzətovun şeirindən misal gətirib. Bu şeirdə Həmzətov Şamili tənqid edirdi.

Amma avqustun 8-də Ramzan Kadyrov şeyx Şamil barədə tonunu bir qədər aşağı salıb:

"Mən bilirəm ki, dağıstanlılar onu özlərinin sevimlisi, qəhrəmanı hesab edirlər. Mən öz müsəlmanım haqqında necə pis danışa bilərəm? Mən hətta imam Şamil haqqında pis düşünsəydim belə, bunu dilə gətirməzdim. Mən bir din xadimi kimi Şamilə hörmət edirəm. Jurnalistlərdir də...Bildikləri kimi yazırlar”.

XS
SM
MD
LG