Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

Karantin sərtləşdirilib


Karantin, Bakı, arxiv foto
Karantin, Bakı, arxiv foto

Bu gün, iyunun 14-i saat 00-dan iyunun 16-ı saat 06:00-dək Bakı
və ölkənin başqa 8 yerində sərt karantin hökm sürəcək. Siyahıya habelə, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonları daxilidir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Sakinlər bu müddətdə olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, yalnız təcili tibbi yardım xidməti vasitəsilə tərk edə biləcəklər. Habelə, yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almalıdırlar.

Yalnız dövlət üçün əhəmiyyətli az sayda iş və xidmətlərin ( xəstəxana və sairə ) fəaliyyətinə icazə verilib.

Amma ötən həftəsonu ilə müqayisədə yenilik var. Bu iki gündə bəzi apteklərə yalnız ünvana çatdırılma xidməti göstərməklə fəaliyyət göstərməyə icazə verilib.

Ötən həftə, həftə sonu (iyunun 6-dan 8-nə kimi) Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulmuşdu.

Bu qərar son vaxtlar ölkədə koronavirusa yoluxanların artması ilə izah edilib. Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantindir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 872 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 432 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyədək ümumilikdə 9 min 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 115 nəfər vəfat edib.

XS
SM
MD
LG