Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:55

Azərbaycan Kəlbəcərdə mövqelərinin atəşə tutulduğunu deyir


Paşinyan peşəkar ordu yaratmağa qərar verdi
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Paşinyan peşəkar ordu yaratmağa qərar verdi

Azərbaycan Kəlbəcər rayonu istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) avqustun 24-də məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 24-ü saat 13:40-da mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun mövqelərini avtomat və snayper tüfəngindən fasilələrlə atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılaşmaya əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG