Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:22

Azərbaycan hərbi qulluqçusu yaralanıb


Arxiv fotosu
Arxiv fotosu

Müdafiə Nazirliyi bildirir ki, “baş vermiş insidentə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın bir hərbi qulluqçusu yaralanıb.

Nazirliyin vurğulamasına görə, atəşkəs haqqında razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri sentyabrın 28-də saat 18:00 radələrində Azərbaycan ordusunun Kəlbəcər rayonundakı bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub:

“Atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.”

Nazirlik bildirir ki, “baş vermiş insidentə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ermənistan atəşkəsi Azərbaycanın pozduğunu deyir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan Müdafiə Nazirliyinə istinadən yazır ki, Azərbaycan Silahlı qüvvələri sentyabrın 28-də Ermənistanın şərq istiqamətində olan mövqelərini atəşə tutub.

Məlumatda atəşin minaatanlardan və başqa iriçaplı silahlardan açıldığı deyilir.

Azərbaycan təkzib edir

Azərbaycan Müdafiə Nazirliyi isə öz növbəsində sentyabrın 28-də axşam saatlarında bildirib ki, Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsi onların pozması barədə yaydığı məlumatlar yalandır.

“Belə məlumatları yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır”, deyə nazirlik vurğulayıb.

Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri yalnız adekvat cavab tədbirləri görüb.

Sizcə, müharibə bitib, ya davam edir? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Bundan əvvəl olanlar

İki həftə oncə də Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşmişdi.

Hər iki tərəfdən hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüşlərdə onlar tərəfdən ümümuilkdə 80-ə yaxın hərbi qulluqçu həlak olub. AMN 300-ə yaxın hərbi qulluqçunun isə yaralandığını vurğulayıb.

Ermənistan tərəfi isə 200-dən çox hərbçi itirdiklərini açıqlayıb.

Rəsmi Yeravan habelə 300-ə yaxın hərbi qulluqçularının da yaralandığını, əlavə 20 civarında hərbçinin də itkin düşdüyünü bildirmişdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG