Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:19

Gömrük kərə yağını 50 faiz bahalaşdırdı...


►Bu ilin birinci rübündə Azərbaycana gətirilən kərə yağı 10 fazi azalıb

Dövlət Gömrük Komitəsi (DGK) ilin 1-ci rübündə xaricdən Azərbaycana əvvəlkindən 10 faiz az kərə yağı gətirildiyini bildirib.

Məlumatda kərə yağının gömrükdə rəsmiləşdirmə qiymətinin də 50 faiz bahalandığı əksini tapıb. İndi bir kq yağ gömrükdə, orta hesabla, 3 dollar 50 sentə (təxminən 5 man. 25 qəp) qeydə alınır.

Bahalaşma satış qiymətlərinə təsir göstərməyib. Bu, gömrükdə qiymət artımının idxalçılarla qarşılıqlı razılıq əsasında olduğunu düşünməyə əsas verir.

Hamının bildiyi sirr

Gömrükdən keçən kərə yağı həcminin gizlədilməsini və qiymətlərin süni şəkildə azadılmasını xarici qaynaqlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti də təsdiqləyir.

Məsələn, 2014-cü ilin məlumatına görə, gömrükdən rəsmi yollarla - vergi və rüsumları ödəməklə, 9 min 839,3 ton kərə yağı keçib.

Baytarlıq xidməti həmin il ölkəyə bundan 11 min 937 ton çox kərə yağı gətirildiyini açıqlayıb. Bu barədə məlumat ölkənin ərzaq məhsulları balanslarında əksini tapıb. Bənzər göstəricilər əvvəlki illərdə də qeydə alınıb.

____________________________________________________________

Bunlara da bax:
Ucardakı rus qəbiristanlığında nə baş verir?- [Fotolar]
"Məni də hədələdilər ki, görərsən, başına nələr gələcək”

____________________________________________________________

Aradakı fərqə baxın

İxracatçı ölkələrin hesbatlarındakı rəqəmlər fərqlənir və 2014-cü ildə Azərbaycana 27,8 min ton kərə yağı göndərildiyini göstərir. Orta qiymət təxminən 3 dollar 56 sent olub (təxminən 5 man 34 qəp).

BMT-nin beynəlxalq ticarətə dair statistik məlumatlar bazasına görə, ötən il Azərbaycana kərə yağı idxalı 6,1 min ton azalıb və 21,7 min ton olub. Azərbaycan gömrüyündə bunun 13,8 min tonu qeydiyyata düşüb.

Azərbaycana kərə yağı ixrac edən əsas ölkələr Yeni Zelandiya, Finlandiya, Belarus, Fransa, Rusiya və Litvadır. Burada əsas «söz sahibi» Yeni Zelandiya fermerləridir. Son 2 ildə onlar Azərbaycana 40,8 min ton (DGK-ya görə - 17 min 425 ton) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlər Komitəsinin uyğunluq sertifikatlarının reyestrinə görə, həmin ölkələrin Azərbaycandakı tərəfdaşları «Vest Produkt Marketinq» MMC, «Delta Grup Co» MMC, «Fermer Yağ İstehsalat Birliyi» MMC və «Avrora» firmasıdır.

110 milyon dollar şəxsi ciblərə axıb?

Gömrükdə idxalçılarla malın həcm və qiymətcə azaldılması haqda qeyri-rəsmi razılaşmanın nəticəsində dövlət büdcəsi indiyədək xeyli vəsait itirib. AzadlıqRadiosunun hesablamalara görə, son 5 ildə Azərbaycana gətirilən kərə yağının qiyməti gömrükdə 124,3 milyon dollara rəsmiləşdirilib. Beynəlxalq hesabatlarda isə həmin dövrdə ixracatın həmi 432 milyon dollar olaraq əks edilib. Bu isə o deməkdir ki, dövlət büdcəsinə təkcə kərə yağı idxalı üzrə 110 milyon dollar şəxsi ciblərə axıb.

XS
SM
MD
LG