Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Məcburi köçkünləri pansionatdan çıxarırlar


Zorla köçürülən sakinlər: "30 min manata necə ev alaq?"
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Zorla köçürülən sakinlər: "30 min manata necə ev alaq?"

►“Hamı bilir ki, 30 min manata ev ala bilməyəcəyik. Bizi niyə ələ salırlar? Niyə döyə-döyə yaşadığımız yerdən çıxarırlar?”

Fevralın 4-də saat 3 radələrində metronun Ulduz stansiyasının yaxınlığındakı pansionatdan məcburi köçkünlər çıxarılmağa başlayıb.

“QADINLARI VURURLAR”

Bu haqda AzadlıqRadiosuna həmin ponsionatda yaşayan Qarabağ müharibəsi veteranı Vahid Əliyev məlumat verib:

“Bizi evlərimizdən polis zorakılığı ilə çıxarırlar. Qadınları belə vururlar, qapı-pəncərəmizi sındırırlar”.

Başqa bir köçkün Əyyub Əliyev deyir ki, bu soyuqda hara gedəcəklərini, harda yaşayacaqlarını bilmirlər.

Keşlə Maşınqayırma Zavodunun pansionatında 50 məcburi köçkün ailəsi 1992-ci ildən yaşayır. Pansionatın sökülməsi ərazidəki yolun genişləndirilməsi ilə bağlıdır. Yolu dövlət sifarişi əsasında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti salır.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

30 MİN MANAT ÖDƏNİR

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzadlıqRadiosuna bildirib ki, köçkün ailələrinə 30 min manat kompensasiya ödənilir. Kompensasiya qanunvericiliə görə təyin olunub, bunun artırılması onlardan asılı deyil.

Məcburi köçkünlər isə deyirlər ki, onlar illərdir yaşadıqları yerdən köçmək istəmirlər:

“Hamı bilir ki, 30 min manata ev ala bilməyəcəyik. Bizi niyə ələ salırlar? Niyə döyə-döyə yaşadığımız yerdən çıxarırlar?”

Qaçqınlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məsələyə münasibət açıqlayacağını bildirib.

XS
SM
MD
LG